Caspian Finance BOKT Caspian Finance BOKT
  • 390

Caspian Finance BOKT

Kapital bazarı , Maliyyə xidmətləri

Maliyyə monitorinqi və komplayns şöbəsinin baş mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə monitorinqi və komplayns şöbəsinin baş mütəxəssisi

  • Deadline 15 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • BOKT-nin ƏL/TMM üzrə daxili qayda, prosedur və nəzarət mexanizmlərinin layihələrini, onlara əlavə və dəyişikliklər üzrə təklifləri hazırlayır və müvafiq təsdiqdən sonra onların icrasını təşkil edir;
  • Rəhəbərlik tərəfindən təsdiq edilmiş ƏL/TMM üzrə siyasət və daxili qaydalara müvafiq olaraq bu bölməyə həvalə olunmuş vəzifələri həyata keçirir;
  • Nəzarət orqanı və maliyyə monitorinqi orqanı tərəfindən tələb edilən hesabat və məlumatları hazırlayıb təqdim edir;
  • Təlim proqramını, ƏL/TMM sahəsində Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, habelə daxili qayda, prosedurlara və nəzarət mexanizmlərinə əlavə və dəyişikliklər edildikdə yeniləyir;
  • Ən azı hər rübdə bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar, BOKT-nin məruz qaldığı ƏL/TM riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və maliyyə monitorinqi orqanına təqdim edilmiş hesabatlar barədə məlumat verir;
  • ƏL/TMM üzrə BOKT-nin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər verir və rəhbərliyin tapşırığı ilə müxtəlif cür hesabatlar tərtib edir;
  • BOKT-nin ƏL/TMM üzrə siyasətinə əməl edilməsinə nəzarət edir və iş prosesində siyasətdən kənarlaşma üzrə yaranan halları vaxtında müəyyənləşdirib, lazımı addımlar atır;
  • BOKT-də ƏL/TMM üzrə vahid siyasətin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsinə dair təkliflər verir;
  • Şübhəli və qeyri-adi əməliyyatlar və hallar barədə təhlil hesabatı hazırlayır;
  • ƏL/TMM sahəsi üzrə keçirilən daxili audit nəticələrinə uyğun olaraq verilmiş tövsiyələr əsasında, nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlayır, razılaşdırır və icrasını təmin edir

Namizədə tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilini bilmək (ingilis və rus dilini bilmək arzuolunandır);
  • Bank və ya bank olmayan kredit təşkilatında müxtəlif vəzifələrdə iş təcrübəsi olması arzuolunandır;
  • Ünsiyyətcil, məsuliyyətli, təşəbbüskar olmaq;
  • Komandada işləmək bacarığı;
  • Riyazi və hesablama bacarıqları, sənədlərlə işləmək bacarıqları;
  • MS office proqramlarında xüsusilə Ms Excel proqramında sərbəst şəkildə işləyə bilmək;

İş barədə məlumat:

  • 5 günlük iş qrafiki (09:00-18:00) 
  • Vəzifə üzrə əmək haqqı: 800-1200 AZN

Ünvan: Bakı şəh., Nərimanov ray., Ə.Rəcəbli küç. 3, ev. 4

  • Daily0
  • Weekly696
  • Monthly1519