Vəzifə öhdəlikləri:
- Cəmiyyətin kredit və risklərin idarə edilməsi siyasətlərinin, Cəmiyyətdaxili qaydaların hazırlanmasında və onların təkmilləşdirilməsində iştirak edir;
- Cəmiyyətin bütün riskləri üzrə diversifikasiya limitləri, qərar qəbuletmə səlahiyyətləri üzrə təkliflər hazırlayır, onlar risklilik nöqteyi-nəzərdən daima təhlil edir və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;
- Risklərin idarə edilməsi işində Cəmiyyətin bütün struktur bölmələrinə metodiki köməkliklər edir;
- Riskləri daim qiymətləndirir və onların minimallaşdırılması üzrə şöbə müdirinə təkliflər hazırlayır;
- Risklər üzrə hesabatlar hazırlayır;
- ABS-də kreditləşmə əməliyyatlarını təstiq edir və nəzarət edir;
- Kredit qovluqlarının aparılması və saxlanılmasını təşkil edir;
- Kredit qovluqlarının yoxlanılması;
- Kreditlərin ödənilməsinə nəzarəti təşkil edir;
- Kreditləşmə ilə bağlı MKR-ə məlumatların verilməsini təşkil edir;
- Kreditləşmə ilə bağlı hesabatları hazırlayır;
- Kreditlərin monitorinqini həyata keçirir;
- Partnyorların monitorinqini həyata keçirir;
- Risk analizinin həyata keçirilməsi;
- Kredit siyasətinə uyğun olaraq, kredit qovluqlarının problemli kreditlərin idarə edilməsi və hüquq şöbələrinə verilməsi və qəbulunu həyata keçirir;
- Risklərin idarə edilməsi işinin Bazel Komitəsinin prinsip və tövsiyyələrinə, Azərbaycan Mərkəzi Bankının normativ sənədlərinin tələblərinə uyğun qurulmasını təmin edir;
- Şübhəli əməliyyatlar üzərində nəzarəti təmin edəcək tədbirlər görür;
- Şöbə müdirinin risklərin minimallaşdırılması ilə əlaqədar ona həvalə etdikləri digər vəzifələri həyata keçirir.
Namizədə tələblər:
- ali təhsil;
- kredit və ya risk sahəsində ən azı 1 il təcrübə;
- analitik qabiliyyət;
- ehtiyatlılıq;
- nəzarət edə bilmə qabiliyyəti;
- komandada işləmə bacarığı;
- gərgin iş rejimində işləmə bacarığı;
- MS Office proqramlarından mükəmməl istifadə bacarığı.
İş barədə məlumat:
- 6 günlük iş qrafiki (iş saatları: 10:00-18:00 (Bazar ertəsi - Cümə); 10:00 - 16:00 (Şənbə);
- Vəzifə üzrə əmək haqqı: müsahibə əsasında təyin olunur
Ünvan: Bakı şəh., Nərimanov ray., Ə.Rəcəbli küç. 3, ev.