“Caspian Finance BOKT” MMC Kredit şöbəsində Təlim və Təcrübə proqramına start verir
Proqramın məqsədi:
- Kredit fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün kredit sahəsində əsas bilik və bacarıqların öyrədilməsidir.
- Proqrama qoşulmaq istəyənlər üçün əsas tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznes idarəçiliyi və s.)
- Analitik düşüncə qabiliyyəti
- MS Office proqramlarında ilkin bilik
- Ünsiyyət və komanda ilə işləmə bacarığı
- Məsuliyyətli və diqqətli olmaq
- Öyrənməyə və inkişaf etməyə yüksək motivasiya
Təklif etdiklərimiz:
- Praktiki iş təcrübəsi
- Peşəkar komandada inkişaf imkanı
- Təlim və mentor dəstəyi
- Uğurlu namizədlər üçün gələcək iş imkanı
- Rahat iş mühiti
- Ödənişli təcrübə proqramı
Proqramın müddəti: 3 ay
İş şəraiti
- İş qrafiki: I – V günlər (10:00-19:00)
- Ünvan: Bakı, Yasamal ray., Həsən bəy Zərdabi prospekti 2A (Shokolad Tower)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.