İş yeri: Bakı şəhəri
İş formatı: Ofis / Hibrid
Əsas vəzifələr:
- Otellər və SPA mərkəzlərinə məhsul satışının həyata keçirilməsi;
- Pərakəndə və professional SPA satışlarının inkişafı;
- Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi;
- Otel və SPA açılış layihələrinin dəstəklənməsi;
- Müştəri əlaqələrinin qurulması və idarə olunması;
- Satışların monitorinqi və inkişaf imkanlarının müəyyən edilməsi;
- Instagram / rəqəmsal aktivliklərdə iştirak.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Turizm, menecment sahəsində təhsil üstünlükdür);
- Təcrübə: Satış / Otel / SPA sahəsində minimum 1 il təcrübə;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı, Rus dili – arzuolunandır;
- Bacarıqlar: Güclü ünsiyyət qurma bacarığı, nəticəyönümlülük və satışa fokuslanmaq bacarığı;
- Namizəd aktiv və enerjili, operativ və təşəbbüskar olmalı;
- Ofis və müştəri görüşləri formatında işləməyə hazır olmalıdır.
Təklif edirik:
- Əməkhaqqı: ilk 3 ay 700 AZN, sınaq müddətindən sonra 900 AZN + bonuslar;
- Satışa əsaslanan bonus sistemi;
- Ofis / hibrid iş imkanı;
- İş qrafiki: həftədə 5 gün, 2 gün istirahət, saat 09:00 – 18:00;
- İnkişaf və karyera perspektivləri;
- Dinamik iş mühiti.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Satış meneceri” yazaraq göndərə bilərlər.