15 Avqust 2019-cu ildə təsis edilən “Caspian Industry” MMC şirkəti, qısa müddət ərzində neft və qeyri-neft sektorunda özünə məxsus yer tutmuşdur. Ölkənin aparıcı zavodları və istehsal müəssisələrinin istehsal proseslərinə dəstək verən şirkətimiz ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir. Biz, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək məqsədilə innovativ həllər və yüksək keyfiyyətli xidmətlər təqdim edirik.
Peşəkar heyətimizlə neft-qaz, sement və kabel istehsalatı, metal sektoru, informasiya texnologiyaları, elektrik-elektronika sahələrində yüksək səviyyədə xidmət göstərməkdəyik. Əməkdaşlıq etdiyimiz dünya miqyasında tanınan aparıcı istehsalçılar, “Caspian Industry” MMC şirkətinin təchizat zəncirinin yüksək keyfiyyətini və effektivliyini təsdiqləyir. Bizim müştərilərimiz arasında regional və beynəlxalq miqyasda fəaliyyət göstərən bir çox nüfuzlu şirkətlər yer almaqdadır.
Şirkətimizin başlıca məqsədi həyata keçirdiyi layihələrdə müştərilərin tələblərini tam şəkildə qarşılamaq və yaranan hər hansı problemlərdə, maneələrdə "həll ortağı" rolunda fəaliyyət göstərməkdir. Müştəri məmnuniyyəti bizim əsas prioritetimizdir. Biz, müştərilərimizə xüsusi yanaşma və fərdi həllər təqdim edərək onların uğuruna dəstək olmağa çalışırıq.
Caspian Industry MMC Inspection Coordinator