Vəzifə öhdəlikləri:
- Daşınmanın optimal marşrutunu müəyyənləşdirmək;
- Nəqliyyat vasitəsinin növünü seçmək və sifariş etmək;
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq etmək;
- Təmsil etdiyi şirkətdən alınmış sənədləri və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlamaq;
- Gömrük orqanlarına sənədləri və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatları təqdim etmək;
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
- Məsul şəxslərə gələn yüklər ilə bağlı məlumatları vaxtında çatdırmaq;
- Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
- Bazar qiymətlərinin monitorinqini aparmaq, güvənli yerli və xarici logistika şirkətlərini tapmaq və riskləri dəyərləndirmək;
- Nəqliyyat və gömrük işləri ilə əlaqədar zəruri icazələri hazırlamaq.
Tələblər:
- Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili sərbəst və İngilis dili yazışma;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- MS Excel proqramından istifadə bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə;
İş şəraiti:
- 5/2 iş rejimi
- Nahar təmin edilir
- Korporativ nömrə verilir
- Əmək haqqı: NET 2000 AZN
- İş yeri: Əhməd Rəcəpli
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.