İş şəraiti
- İş yeri: Nərmanov / Ə.Rəcəbli
- İş rejimi: Tam iş günü
Vəzifə öhdəlikləri
- Daxil olan satınalma sorğularının qəbul edilməsi və təhlili;
- Yerli və xarici təchizatçıların araşdırılması və yeni təchizatçıların cəlb edilməsi;
- Məhsul və xidmətlər üzrə bazar araşdırmasının aparılması;
- Təchizatçılardan kommersiya təkliflərinin alınması və müqayisəli təhlilinin hazırlanması;
- Qiymət, keyfiyyət və çatdırılma şərtlərinin optimallaşdırılması;
- Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət edilməsi;
- Təchizatçılarla danışıqların aparılması və əməkdaşlıq münasibətlərinin qurulması;
- Sifarişlərin vaxtında və tələb olunan keyfiyyətdə çatdırılmasının təmin edilməsi;
- Müqavilə, hesab-faktura və digər satınalma sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması;
- Satınalma prosesi üzrə hesabatların hazırlanması.
Namizədə tələblər
- Ali təhsil (iqtisadiyyat, biznesin idarə edilməsi və ya müvafiq sahələr üzrə təhsil üstünlükdür);
- Satınalma və ya təchizat sahəsində minimum 3 il iş təcrübəsi;
- Satınalma prosedurları və təchizat zənciri üzrə biliklər;
- MS Office, xüsusilə Excel proqramı ilə işləmək bacarığı;
- Danışıqlar aparmaq və analitik düşünmə qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dillərini bilmək;
- Təchizat (supply) şirkəti təcrübəsi olaması üstünlükdür.
Şirkət tərəfindən təklif olunur
- Rəqabətə və vəzifəyə (kiçik,aparıcı və baş mütəxəssis) uyğun əməkhaqqı;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- 5 günlük iş rejimi;
- Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.