Caspian Innovation Center Caspian Innovation Center

Kibertəhlükəsizlik üzrə Kiçik Analitik

Kibertəhlükəsizlik üzrə Kiçik Analitik

  • Deadline 17 May 2026

Vəzifə öhdəlikləri:

  • Şirkətdə tətbiq olunan informasiya təhlükəsizliyi nəzarətləri, prosedurları və insidentlərin idarə olunması prosesləri çərçivəsində SOC fəaliyyətlərini icra etmək;
  • SIEM, XDR, SOAR, NDR, IDS/IPS və digər təhlükəsizlik sistemlərində yaranan hadisə və xəbərdarlıqları izləmək, ilkin təhlil etmək, insidentlərin araşdırılmasında iştirak etmək və nəticələrə uyğun eskalasiya aparmaq;
  • Təhlükəsizlik hadisələrini təhlil etmək, insidentlərin qarşısının alınması və təsirinin azaldılması məqsədilə aidiyyəti komandalarla koordinasiyada iştirak etmək;
  • Təhlükəsizlik insidentləri üzrə ticket/case-ləri yaratmaq, yeniləmək, düzgün sənədləşdirmək və növbə təhvil-təslim prosesində müvafiq məlumatları ötürmək;
  • Fișinq, şübhəli e-poçt, zərərli fayl və digər təhlükə indikatorları üzrə ilkin araşdırma aparmaq;
  • Loqların və telemetriyanın təhlili əsasında potensial təhlükə indikatorlarını, anomaliyaları və kiberhücum cəhdləri müəyyən etmək;

Bilik və bacarıqlar:

  • İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
  • SOC, İnformasiya Təhlükəsizliyi və ya əlaqəli İT sahəsində ən azı 6 ay iş təcrübəsi;
  • Texniki sənədləri oxumaq və yazışmaları aparmaq üçün kifayət edən səviyyədə İngilis dili biliyi;
  • İnformasiya təhlükəsizliyi prinsipləri, əsas hücum vektorları və müdafiə yanaşmaları üzrə baza biliklər;
  • Linux və Windows əməliyyat sistemləri üzrə baza inzibatçılıq və təhlükəsizlik anlayışları;
  • PowerShell, Bash və ya Python üzrə baza səviyyədə skriptinq bilikləri;
  • TCP/IP, DNS, HTTP/HTTPS, VPN, routing, switching və əsas şəbəkə anlayışları üzrə bilik;
  • Təhdid analizi, use-case məntiqi və IDS/IPS/SIEM/XDR/SOAR/NDR həllərinin iş prinsipləri üzrə biliklər;
  • Firewall, proxy, endpoint, server və digər təhlükəsizlik loqlarının təhlili üzrə biliklər;
  • Təhlükəsizlik insidentlərinin aşkarlanması, ilkin təhlili, araşdırılması və eskalasiya prinsipləri üzrə biliklər;
  • MITRE ATT&CK və Cyber Kill Chain kimi çərçivələr üzrə anlayış;
  • Kriptoqrafiya prinsipləri üzrə əsas biliklər;
  • Yazılı və şifahi ünsiyyət, insidentlərin düzgün sənədləşdirilməsi və aidiyyəti tərəflərlə effektiv koordinasiya bacarıqları;
  • Analitik düşünmə, detallara diqqət, prioritetləşdirmə və problem həll etmə bacarığı;

Üstünlük verilən bilik və bacarıqlar:

  • Sistem inzibatçılığı, şəbəkə inzibatçılığı, skriptinq və ya proqramlaşdırma sahəsində praktiki təcrübə;
  • CompTIA Security+, Blue Team Level 1, Splunk/QRadar/Microsoft/Palo Alto və ya digər uyğun sahə üzrə peşəkar sertifikatlar;

Biz nə təklif edirik:

  • Növbəli iş cədvəli
  • Nahar xərcinin qarşılanması
  • İllik performans bonusları
  • Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta və idman zallarına xüsusi endirim
  • “Learning Hub” təlim platformalarından istifadə imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

  • Daily119
  • Weekly599
  • Monthly1692