Mid-Level DevOps Engineer

  • Истекает 24 январь 2026

Middle DevOps Engineer vəzifəsinin məqsədi Caspian Innovation Center-in informasiya sistemlərinin dayanıqlılığını, təhlükəsizliyini və səmərəliliyini təmin etməkdir. Namizəd CI/CD proseslərinin avtomatlaşdırılması, konteyner mühitlərinin idarə olunması, bulud infrastrukturlarının qurulması və monitorinq sistemlərinin tətbiqi üzrə fəaliyyət göstərəcək. Development və Operations komandaları ilə sıx əməkdaşlıq vasitəsilə tətbiqlərin fasiləsiz və təhlükəsiz şəkildə işləməsinə dəstək verəcəkdir.

Vəzifə öhdəlikləri:

  • CI/CD proseslərinin layihələndirilməsi, qurulması və optimallaşdırılması (GitLab CI/CD, GitHub Actions, Jenkins və s.).
  • Docker və Kubernetes əsaslı konteyner mühitlərinin idarə edilməsi və monitorinqi.
  • AWS, Azure və ya GCP mühitlərində bulud infrastrukturunun yaradılması, idarə olunması və miqyaslandırılması.
  • Infrastructure as Code yanaşması ilə resursların avtomatlaşdırılması (Terraform, Ansible, Helm).
  • Monitorinq, xəbərdarlıq və log menecment sistemlərinin qurulması (Prometheus, Grafana, ELK Stack, Loki).
  • Prod və non-prod mühitlərdə konfiqurasiyaların effektiv və standartlara uyğun idarə edilməsi.
  • Sistem və tətbiqlərin təhlükəsizliyinin təmin olunması üçün DevSecOps prinsiplərinin CI/CD proseslərinə inteqrasiyası.
  • Incident və problem menecmenti proseslərində iştirak, SLA/SLO tələblərinə riayət olunması.
  • DevOps mədəniyyətinin inkişafına dəstək göstərmək və komanda daxilində ən yaxşı təcrübələri tətbiq etmək.

Bilik və bacarıqlar:

  • DevOps və ya Site Reliability Engineering sahəsində minimum 2+ il praktiki təcrübə.
  • Linux əməliyyat sistemləri üzrə güclü biliklər (Ubuntu, CentOS, RHEL).
  • Docker və Kubernetes ilə real istehsal təcrübəsi.
  • Terraform, Ansible və digər IaC alətləri ilə iş təcrübəsi.
  • CI/CD platformaları üzrə yüksək səviyyəli praktiki biliklər.
  • AWS, Azure və ya GCP bulud xidmətləri üzrə baza və ya orta səviyyəli təcrübə.
  • Şəbəkə texnologiyaları: DNS, VPN, Load Balancing, TCP/IP prinsipləri.
  • Monitorinq və log toplama alətləri ilə işləmə bacarığı.
  • Git və versiya nəzarət sistemləri üzrə biliklər.
  • Bash, Python və ya Go dillərindən birində skript yazmaq bacarığı.
  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Komanda ilə effektiv ünsiyyət
  • Yüksək məsuliyyətlilik və təşəbbüskarlıq
  • Stressə davamlılıq və dinamik mühitə adaptasiya
  • Detallara diqqət və strukturlaşdırılmış iş yanaşması

Üstünlük Verilən Biliklər:

  • Helm chart-lar ilə işləmə bacarığı.
  • GitOps alətləri (ArgoCD, FluxCD) ilə təcrübə.
  • Service Mesh həlləri (Istio, Calico, Cilium) haqqında bilik.
  • Təhlükəsizlik analiz alətləri: Trivy, Snyk, SonarQube və s.
  • Kafka, RabbitMQ, Redis və digər mesajlaşdırma sistemləri ilə tanışlıq.
  • Hibrid (on-premise + cloud) infrastrukturda iş təcrübəsi.

Biz nə təklif edirik:

  • 5/2, 09.00-18.00
  • Nahar xərcinin qarşılanması
  • llik performans və layihə bonusları
  • Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta
  • “Learning Hub” təlim platformalarından istifadə imkanı

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily2
  • Weekly351
  • Monthly2031