Biz SAP komandamıza təcrübəli Middle ABAP Developer axtarırıq. Namizəd SAP sistemlərində yeni funksionallıqların hazırlanması, mövcud proqramların təkmilləşdirilməsi və biznes tələblərinə uyğun həllərin inkişaf etdirilməsindən məsul olacaq.
Vəzifə öhdəlikləri
- SAP sistemlərində tətbiqi proqramların hazırlanması, dəyişdirilməsi və texniki tələblərə uyğun təkmilləşdirilməsini təmin etmək;
- SAP layihələrinin analiz, inkişaf, test və tətbiqetmə mərhələlərində aktiv iştirak etmək;
- Biznes funksional komandalarından daxil olan tələblərə əsasən effektiv və optimallaşdırılmış ABAP kodları yazmaq;
- Hazırlanmış proqramlar üçün texniki spesifikasiyalar və sənədləşmələr (Technical Specification və s.) hazırlamaq;
- Hazır kodlarda debugging aparmaq, xətaları aradan qaldırmaq və proqramların düzgün işləməsini təmin etmək;
- Unit test və integration test mərhələlərində iştirak etmək, sınaq nəticələrinə əsasən düzəlişlər aparmaq;
- SAP sistemində performance tuning və code optimization işlərini həyata keçirmək;
- SmartForms, Adobe Forms, Reports, ALV, Function Modules, Workflow, BAPI, BADI, User Exit, Enhancement kimi obyektlər üzərində işləmək və təkmilləşdirmək;
- SAP sistemində inteqrasiya fəaliyyətlərini (RFC, IDOC, OData, Web Services və s.) həyata keçirmək və performansını izləmək;
- SAP sistemlərinin SLA-lar (Service Level Agreement) çərçivəsində fasiləsiz və sabit işləməsini təmin etmək;
- Sistem xətalarını təhlil etmək, problem root cause-larını müəyyənləşdirmək və müvafiq düzəlişlər etmək;
- SAP sistemlərində kodlaşdırma zamanı SAP Kodlaşdırma və adlandırma standartlarına riayət etmək;
- Yeni texnoloji imkanlar və SAP yenilikləri ilə bağlı davamlı öyrənmə və özünüinkişaf fəaliyyətlərində iştirak etmək.
Bilik və bacarıqlar
- Kompüter elmləri və ya müvafiq sahədə ali təhsil;
- SAP ERP və ya S/4HANA mühitində ABAP proqramlaşdırma üzrə ən az 2 il iş təcrübəsi
- Classical və OOP ABAP biliklərinə sahib olmaq;
- Reports, ALV, BAPIs, BADIs, User Exits, Enhancements, Workflow, IDOC, RFC, Function Modules üzrə praktiki biliklər;
- Smartforms / Adobe Forms / Scripts ilə işləmə bacarığı;
- ABAP, RAP, CDS View, OData Servis bilikləri;
- Debugging, Performance tuning, və Transport management prosesləri üzrə biliklər;
- SQL bilikləri və verilənlər bazası anlayışı;
- Javascript üzrə biliklər (üstünlükdür);
- Texniki sənədlərin ingilis və rus dillərində oxunması və başa düşülməsi;
- İşi prioritetləşdirmə və idarə etmə bacarıqları;
- Daxili və xarici komanda üzvləri ilə qarşılıqlı əlaqə qurmaq bacarığı.
Biz nə təklif edirik:
- 5/2, 09.00-18.00
- Nahar xərcinin qarşılanması
- llik performans və layihə bonusları
- Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta
- “Learning Hub” təlim platformalarından istifadə imkanı
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.