Middle ABAP Developer

  • Deadline 10 November 2025

Biz SAP komandamıza təcrübəli Middle ABAP Developer axtarırıq. Namizəd SAP sistemlərində yeni funksionallıqların hazırlanması, mövcud proqramların təkmilləşdirilməsi və biznes tələblərinə uyğun həllərin inkişaf etdirilməsindən məsul olacaq. 

Vəzifə öhdəlikləri

  • SAP sistemlərində tətbiqi proqramların hazırlanması, dəyişdirilməsi və texniki tələblərə uyğun təkmilləşdirilməsini təmin etmək;
  • SAP layihələrinin analiz, inkişaf, test və tətbiqetmə mərhələlərində aktiv iştirak etmək;
  • Biznes funksional komandalarından daxil olan tələblərə əsasən effektiv və optimallaşdırılmış ABAP kodları yazmaq;
  • Hazırlanmış proqramlar üçün texniki spesifikasiyalar və sənədləşmələr (Technical Specification və s.) hazırlamaq;
  • Hazır kodlarda debugging aparmaq, xətaları aradan qaldırmaq və proqramların düzgün işləməsini təmin etmək;
  • Unit test və integration test mərhələlərində iştirak etmək, sınaq nəticələrinə əsasən düzəlişlər aparmaq;
  • SAP sistemində performance tuning və code optimization işlərini həyata keçirmək;
  • SmartForms, Adobe Forms, Reports, ALV, Function Modules, Workflow, BAPI, BADI, User Exit, Enhancement kimi obyektlər üzərində işləmək və təkmilləşdirmək;
  • SAP sistemində inteqrasiya fəaliyyətlərini (RFC, IDOC, OData, Web Services və s.) həyata keçirmək və performansını izləmək;
  • SAP sistemlərinin SLA-lar (Service Level Agreement) çərçivəsində fasiləsiz və sabit işləməsini təmin etmək;
  • Sistem xətalarını təhlil etmək, problem root cause-larını müəyyənləşdirmək və müvafiq düzəlişlər etmək;
  • SAP sistemlərində kodlaşdırma zamanı SAP Kodlaşdırma və adlandırma standartlarına riayət etmək;
  • Yeni texnoloji imkanlar və SAP yenilikləri ilə bağlı davamlı öyrənmə və özünüinkişaf fəaliyyətlərində iştirak etmək.

Bilik və bacarıqlar

  • Kompüter elmləri və ya müvafiq sahədə ali təhsil;
  • SAP ERP və ya S/4HANA mühitində ABAP proqramlaşdırma üzrə ən az 2 il iş təcrübəsi
  • Classical və OOP ABAP biliklərinə sahib olmaq;
  • Reports, ALV, BAPIs, BADIs, User Exits, Enhancements, Workflow, IDOC, RFC, Function Modules üzrə praktiki biliklər;
  • Smartforms / Adobe Forms / Scripts ilə işləmə bacarığı;
  • ABAP, RAP, CDS View, OData Servis bilikləri;
  • Debugging, Performance tuning, və Transport management prosesləri üzrə biliklər;
  • SQL bilikləri və verilənlər bazası anlayışı;
  • Javascript üzrə biliklər (üstünlükdür);
  • Texniki sənədlərin ingilis və rus dillərində oxunması və başa düşülməsi;
  • İşi prioritetləşdirmə və idarə etmə bacarıqları;
  • Daxili və xarici komanda üzvləri ilə qarşılıqlı əlaqə qurmaq bacarığı.

Biz nə təklif edirik:

  • 5/2, 09.00-18.00
  • Nahar xərcinin qarşılanması
  • llik performans və layihə bonusları
  • Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta
  • “Learning Hub” təlim platformalarından istifadə imkanı

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər 
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily79
  • Weekly494
  • Monthly2559