Middle Network Administrator

  • Deadline 30 İyul 2025

Vəzifə öhdəlikləri:

  • Telekommunikasiya şəbəkəsinin dayanıqlı işinin təmin olunması üzrə müntəzəm olaraq tədbirlər həyata keçirmək, meydana çıxan problemləri araşdırmaq və onların aradan qaldırılmasına dəstək göstərmək 
  • Simli və Simsiz şəbəkə avadanlıqlarının sazlanması, quraşdırılması, idarə edilməsi, monitorinqini həyata keçirmək.
  • Sorğu sistemi, mail və zəng əsasında daxil olan sorğuların vaxtında emalı, yaranmış problemləri araşdırmaq və operativ həllini təmin etmək
  • Bütün növ şəbəkə avadanlıqlarının konfiqurasiyalarının daim son xüsxələrinin olmasını təmin etmək
  • Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan sxemləri, müxtəlif texniki sənədləri, hesabatları hazırlamaq
  • Yeni texnologiyalardan və ən yaxşı təcrübələrdən daim xəbərdar olmaq
  • Şirkətin informasiya təhlükəsizliyi tələblərinə riayət etmək

Bilik və bacarıqlar:

  • Kompüter mühəndisliyi və ya müvafiq sahədə ali təhsil
  • Şəbəkə inzibatçılığı sahəsində minimum 3 il iş təcrübəsi;
  • LAN/WAN Şəbəkə topologiyalarının planlaşdırılması, optimallaşdırılması və tətbiqi üzrə bilik və bacarıqlar
  • L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında dərin biliklər və iş təcrübəsi
  • P2P və P2MP simsiz şəbəkə avadanlıqları ilə işləmə bacarığı, Cisco WLC üzrə yüksək iş təcrübəsi
  • Palo Alto, Cisco Firepower, FortiGate yeni nəsil firewalları ilə yüksək iş təcrübəsi
  • RA və S2S VPN texnologiyaları və onların qurulması və tətbiqi üzrə biliklər
  • CCNP səviyyəsində Routing/Switching həlləri üzrə biliklər və praktiki təcrübə
  • Yaranan problemlərin dərindən araşdırma və həll edilməsi üzrə güclü “Troubleshooting” bacarığı
  • Birdən çox tapşırığı yerinə yetirə bilmə, işi düzgün planlama və prioritetləşdirmə bacarığı
  • Komanda ilə işləmə bacarığı
  • Təşəbbüskarlıq göstərmək, ideya və yeniliklərlə çıxış etmək
  • Məsuliyyətlilik, dürüstlük
  • Müvafiq sahə üzrə Peşakar sertifikatın olmasına üstünlük verilir

Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına və ya Müraciət Et düyməsindəki link-ə göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

  • Daily19
  • Weekly682
  • Monthly562