İş şəraiti:
- Əmək funksiyası: Tam ştat
- İş rejimi: 15 gün iş yerində / 15 gün evdə (növbəli qrafik)
- Ərazi: Qaradağ rayonu, sənaye sahəsi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur
Əsas vəzifə öhdəlikləri:
- İşçilərin ilkin, dövri və məqsədli tibbi müayinələrinin təşkili və keçirilməsi;
- Sənaye sahəsində baş verə biləcək peşə xəstəlikləri və iş yerində baş verən xəsarətlərin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi;
- Təcili tibbi yardım göstərilməsi və zəruri hallarda xəstənin xəstəxanaya yönləndirilməsi;
- Tibbi sənədlərin və hesabatların tərtib olunması;
- İş mühiti və əmək şəraitinin monitorinqində iştirak.
Tələblər:
- Ali tibbi təhsil (terapevt ixtisası üstünlükdür);
- Sənaye təbabəti və ya peşə sağlamlığı sahəsində minimum 3 il iş təcrübəsi;
- Səhra və ya istehsalat şəraitində növbəli rejimdə işləməyə hazır olmaq;
- Yaxşı kommunikasiya bacarıqları, operativlik və məsuliyyətlilik;
- Tibbi sənədləşmə və hesabatların düzgün aparılması bacarığı.
Üstünlük verilir:
- Əlavə təlimlər və ya sertifikatlar (BLS, ACLS və s.).
Müraciət qaydası:
CV-lərinizi mövzu sətrində “Sənaye Təbabəti Həkimi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 050 511 00 51 nömrəsi ilə əlaqə saxlamanız xahiş olunur.