BOKT “Caspian İnvest” MMC Tovuz filialına “Lombard kreditləri üzrə mütəxəssisi” vəzifəsi vakansiyası elan edir.
Elanın təsviri
- Ərazi: Tovuz şəhəri
- İş rejimi: Tam iş günü (6 gün)
- Əmək haqqı: Razılaşma yolu ilə
- Müqavilə: Əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
- Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək
- Müştəriləri maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək
- Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatı
- Kredit müddəti bitənədək müştərilərlə əlaqədə olub, onları nəzarətdə saxlamaq
- Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi
- Müdiriyyət tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək.
Namizədə tələblər:
- Yaş: 21 — 45 yaş
- Ali təhsil (mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə üstünlük verilir)
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır).
- Yüksək ünsiyyət və izah etmə qabiliyyəti, həmçinin analitik düşüncə tərzinə malik olmalı.
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir
- Bank sahəsində müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Biz təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Rahat və dinamik iş mühiti
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Lombard Tovuz” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.