BOKT “Caspian İnvest” MMC Tovuz filialına “Mikro və Biznes kreditləri bölməsinin Müdiri” vəzifəsi üzrə vakansiya elan edir.
Elanın təsviri
- Ərazi: Tovuz şəhəri
- İş rejimi: Tam iş günü (6 gün)
- Əmək haqqı: Razılaşma yolu ilə
- Müqavilə: Əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
- Mikro və biznes kreditləri şöbəsinin gündəlik fəaliyyətinə rəhbərlik etmək
- Kredit mütəxəssislərindən ibarət komandanı idarə etmək və motivasiya vermək
- Kredit portfelinin keyfiyyətinə, vaxtında ödənişlərə və risk səviyyəsinə nəzarət etmək
- Satış hədəflərinin icrasını təmin etmək və filial rəhbərliyinə hesabat vermək
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin gücləndirilməsi
- Kredit siyasətinə və daxili prosedurlara riayət olunmasını təmin etmək
- Komanda üzvlərinin təlim və inkişaf planlarını həyata keçirmək
Namizədə tələblər:
- Yaş: 25 — 45 yaş
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya idarəetmə sahəsində)
- Mikro və/və ya biznes kreditləri sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən idarəetmə vəzifəsində ən azı 1 il təcrübə
- Güclü liderlik, planlaşdırma və qərarvermə bacarığı
- Analitik düşüncə və strateji yanaşma
- Komanda ilə işləmə və motivasiya etmə qabiliyyəti
- MS Office və bank/kredit proqramlarında işləmək bacarığı
Biz təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Rahat və dinamik iş mühiti
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Tovuz filialı Mikro və Biznes kreditləri bölməsinin Müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.