BOKT “Caspian İnvest” MMC Tovuz filialına “Mikro və Biznes kreditləri mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Elanın təsviri
- Ərazi: Tovuz şəhəri
- İş rejimi: Tam iş günü (6 gün)
- Əmək haqqı: Razılaşma yolu ilə
- Müqavilə: Əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
- Mikro və kiçik sahibkarlarla əməkdaşlıq qurmaq və kredit müraciətlərini qəbul etmək
- Biznes fəaliyyətinin yerində (obyektdə) təhlilini aparmaq
- Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək
- Kredit portfelinin idarə olunması və geri ödənişlərə nəzarət
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin formalaşdırılması
- Kredit sənədlərinin düzgün və tam tərtibini təmin etmək
Namizədə tələblər:
- Yaş: 21 — 45 yaş
- Ali təhsil (mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə üstünlük verilir)
- Mikro və ya biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Satış və müştəri xidmətləri sahəsində bacarıq;
- Analitik və tənqidi düşünmə qabiliyyət
- Məsuliyyətli, təşəbbüskar və nəticə yönümlü iş prinsipi
- Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmə bacarığı;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
Biz təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Rahat və dinamik iş mühiti
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Tovuz filialı Mikro və Biznes kreditləri mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.