Caspian Invest BOKT Caspian Invest BOKT
  • 110

Online satış üzrə kredit mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Online satış üzrə kredit mütəxəssisi

  • Deadline 4 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

BOKT “Caspian İnvest” MMC Online satış üzrə kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.  

Vəzifə öhdəlikləri:  

  • Müştərilərdən daxil olan onlayn müraciətlərin operativ cavablandırılması;
  • Kredit müraciətlərinin qəbul edilməsi və ilkin təhlilinin aparılması;
  • Müştərilərin maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
  • Tələb olunan sənədlərin yoxlanılması və kredit dosyelərinin hazırlanması;
  • Daxili prosedur və qaydalara uyğun anderraytinq rəyinin hazırlanmasına dəstək göstərilməsi;
  • Müştərilərlə davamlı əlaqələrin qurulması və yüksək xidmət səviyyəsinin təmin edilməsi;

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (maliyyə, iqtisadiyyat, biznes və ya digər uyğun ixtisaslar);
  • Elektronika sahəsində onlayn satış və ya kredit analizi sahəsində iş təcrübəsinə üstünlük verilir;
  • Analitik düşünmə və qərarvermə bacarığı;
  • Ünsiyyət və satış bacarıqları;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
  • Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili biliyi üstünlükdür).

 İş şəraiti:

  • Ünvan: Bakı şəhəri, Ə.Rəcəbli küç. 2/15
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq.

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni “Online satış üzrə kredit mütəxəssisi” mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

  • Daily0
  • Weekly310
  • Monthly327