Caspian Prof Cosmetics MMC — Wella Professionals və Londa Professional brendlərinin Azərbaycanda rəsmi distribyutorudur və komandamıza Satış Təmsilçisi axtarır.
Vəzifə öhdəlikləri:
- Wella Professionals məhsullarını təqdim etmək və yeni salonlarla aktiv əməkdaşlıq qurmaq;
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
- Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
- Salonlara mütəmadi səfərlər və məhsullar haqqında təqdimatların keçirilməsi;
- Satış planlarının yerinə yetirilməsi və nəticələrin artırılması;
- Bazar və peşəkar saç baxımı sahəsində yeni tendensiyaları izləmək;
- Müştərilərin ehtiyaclarını müəyyən etmək və uyğun məhsul həlləri təklif etmək.
Namizədə tələblər:
- Yaş: 25–45 yaş;
- Təhsil: Vacib deyil
- Satış sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi;
- Kosmetika, gözəllik və ya peşəkar saç baxımı sahəsində təcrübə arzuolunandır;
- Wella Professionals brendi haqqında məlumatlı olmaq üstünlükdür;
- Şəxsi avtomobilin olması üstünlükdür;
- Əla ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticə yönümlülük;
- Komandada işləmək bacarığı;
- Azərbaycan və rus dillərini yaxşı bilmək;
- Qadın namizədlərə üstünlük verilir.
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı 1400-2200 AZN;
- Peşəkar inkişaf və təlim imkanları;
- İşin bütün mərhələlərində dəstək;
- Mehriban və peşəkar komanda;
- Beynəlxalq və tanınmış Wella Professionals brendi ilə işləmək imkanı;
- Gözəllik və peşəkar saç baxımı sahəsində inkişaf etmək üçün perspektivli iş mühiti.
İş qrafiki: Bazar ertəsi – Cümə: 10:00–19:00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.