Anbardar

  • Истекает 9 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşəgötürən: “Caspian Services Group” MMC

İş rejimi: Tam

İş yeri / Müsahibə yeri: 1045  Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev (Ofis çox əlverişli yerdə - yol kənarında yerləşir / “Koroğlu” metrosundan ofisimizə cəmi 15 dəqiqəlik yoldur. Təxminən Aviasiya Akademiyasına çatmamış )

Ofisə ictimai nəqliyyat və şəxsi avtomobillə rahat gediş-gəliş mümkündür.

İş şərtləri:

  • Stabil iş
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
  • İş saatı 1-5-ci günlər 08:00-dan 17:00-a kimi
  • İstirahət: Şənbə, Bazar günü
  • İcbari  sığorta
  • Komfort iş şəraiti
  • Perspektivli iş
  • Mehriban kollektiv

Tələblər:

  • Tam orta və ya orta-texniki təhsil;
  • Dil bilikləri: Azərbaycan 
  • Bu sahə üzrə  2-3 il iş təcrübəsi olmalıdır;
  • Sürücülük vəsiqəsinin olması mütləqdir;
  • Sahə üzrə biliklərə və praktik bacarıqlara malik olmalıdır;
  • Analoji peşə üzrə kurslar;
  • Bu sahə üzrə sertifikatı olmalıdır;
  • Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
  • Tək və komandada işləmə bacarığı olmalı;
  • Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.
  • İş yerimizə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir (Binə, Qala, Hövsan, Mərdəkan və ətraf yaşayış məntəqələri)

Vəzifə öhdəlikləri:

  • Vəzifə təlimatını, KSƏTƏMM, İR, Servis və şirkət qaydalarını bilməlidir; 
  • Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
  • Anbar tələblərini tərtib etməlidir;
  • Daxili/xarici təlimlərdə iştirak etməli;
  • Gündəlik baxışları keçirməli;
  • Anbarda olan mal və materialların təhlükəsizliyini və saz vəziyyətdə saxlanılması, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric qaydalarına riayət olunmasını təmin etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılmasını təmin etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Bütün mal dövriyyəsini yalnız təsdiq edilmiş sənədlər əsasında tənzimləmək, qeyri-dəqiqliklər barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
  • Anbardan malları yalnız şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
  • Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq aparmaq;
  • Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək;
  • Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
  • Yanğın söndürmə vasitələrinin yerini bilmək və onlardan istifadə etməyi bacarmaq;Anbarda yanğınsöndürən vasitələrin olmasına və sazlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtında təmirinə nəzarət etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları müəyyən etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasını təşkil  etmək;
  • Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək;
  • Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək;
  •  Anbara giriş və çıxış yollarının və qapılarının  işlək olmasını təmin etmək, bitişik ərazinin yığıştırılmasını təşkil və nəzarət etmək;
  • Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək;
  • Müştərilərin  tələblərini vaxtında yerinə yetirməli; müştərilərin telefon zənglərinə cavab verməli və sorğularını cavablandırmalı; Anbarda aşkar olunmuş problemlər haqqında  menecerə xəbər verməlidir; 
  • Görülən işlər barədə hesabatlar təqdim etməli;
  • Xüsusi texnikanın servis xidmətini koordinasiya edir, müştərilər, servis briqadaları və təchizatçılar arasında qarşılıqlı əlaqəni təşkil edir, işlərin icra müddətinə, keyfiyyətinə və sənəd dövriyyəsinin aparılmasına nəzarət edir.
  • Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində “Anbardargöstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.

  • Daily99
  • Weekly219
  • Monthly906