İşəgötürən: “Caspian Services Group” MMC
İş rejimi: Tam
İş yeri / Müsahibə yeri: 1045 Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev (Ofis çox əlverişli yerdə - yol kənarında yerləşir / “Koroğlu” metrosundan ofisimizə cəmi 15 dəqiqəlik yoldur. Təxminən Aviasiya Akademiyasına çatmamış )
Ofisə ictimai nəqliyyat və şəxsi avtomobillə rahat gediş-gəliş mümkündür.
İş şərtləri:
- Stabil iş
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
- İş saatı 1-5-ci günlər 08:00-dan 17:00-a kimi
- İstirahət: Şənbə, Bazar günü
- İcbari sığorta
- Komfort iş şəraiti
- Perspektivli iş
- Mehriban kollektiv
Tələblər:
- Tam orta və ya orta-texniki təhsil;
- Dil bilikləri: Azərbaycan
- Bu sahə üzrə 2-3 il iş təcrübəsi olmalıdır;
- Sürücülük vəsiqəsinin olması mütləqdir;
- Sahə üzrə biliklərə və praktik bacarıqlara malik olmalıdır;
- Analoji peşə üzrə kurslar;
- Bu sahə üzrə sertifikatı olmalıdır;
- Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
- Tək və komandada işləmə bacarığı olmalı;
- Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.
- İş yerimizə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir (Binə, Qala, Hövsan, Mərdəkan və ətraf yaşayış məntəqələri)
Vəzifə öhdəlikləri:
- Vəzifə təlimatını, KSƏTƏMM, İR, Servis və şirkət qaydalarını bilməlidir;
- Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
- Anbar tələblərini tərtib etməlidir;
- Daxili/xarici təlimlərdə iştirak etməli;
- Gündəlik baxışları keçirməli;
- Anbarda olan mal və materialların təhlükəsizliyini və saz vəziyyətdə saxlanılması, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric qaydalarına riayət olunmasını təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılmasını təmin etmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Bütün mal dövriyyəsini yalnız təsdiq edilmiş sənədlər əsasında tənzimləmək, qeyri-dəqiqliklər barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
- Anbardan malları yalnız şirkət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq aparmaq;
- Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real taym rejimində məlumatları daxil etmək;
- Bütün mal və materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
- Yanğın söndürmə vasitələrinin yerini bilmək və onlardan istifadə etməyi bacarmaq;Anbarda yanğınsöndürən vasitələrin olmasına və sazlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtında təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları müəyyən etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasını təşkil etmək;
- Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək;
- Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək;
- Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığıştırılmasını təşkil və nəzarət etmək;
- Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək;
- Müştərilərin tələblərini vaxtında yerinə yetirməli; müştərilərin telefon zənglərinə cavab verməli və sorğularını cavablandırmalı; Anbarda aşkar olunmuş problemlər haqqında menecerə xəbər verməlidir;
- Görülən işlər barədə hesabatlar təqdim etməli;
- Xüsusi texnikanın servis xidmətini koordinasiya edir, müştərilər, servis briqadaları və təchizatçılar arasında qarşılıqlı əlaqəni təşkil edir, işlərin icra müddətinə, keyfiyyətinə və sənəd dövriyyəsinin aparılmasına nəzarət edir.
- Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
- Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində “Anbardar” göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
- Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.