Elektrik - Tikinti avadanlığı - dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s. - Haulotte, Dinolift, Genie, JLG, JCB, Hyster, Linde, Magni, Dieci və s.
İş rejimi: Tam
İş yeri: 1045 Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev (Ofis çox əlverişli yerdə - yol kənarında yerləşir / “Koroğlu” metrosundan ofisimizə cəmi 15 dəqiqəlik yoldur. Təxminən Aviasiya Akademiyasına çatmamış )
İş şərtləri:
- Stabil iş
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
- İş saatı 1-5-ci günlər 08:30-dan 17:30-a kimi
- İstirahət: Şənbə, Bazar günü
- İcbari sığorta
- Komfort iş şəraiti
- Perspektivli iş
- Mehriban kollektiv
Elektrikə aid tələblər:
- Tam orta və ya orta-ixtisas təhsili;
- Tələb olunan dil: Azərbaycan dili;
- Sahə üzrə biliklərə və praktik bacarıqlara malik olmalıdır;
- Analoji peşə üzrə kurslar;
- Bu sahə üzrə sertifikatı olmalıdır;
- Sürücülük vəsiqəsi olmalıdır;
- Sağlam, intizamlı, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli olmalıdır;
- Tək və komandada işləmə bacarığı olmalı;
- Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.
Elektrikin funksiyaları və vəzifə öhdəlikləri:
- Vəzifə təlimatını, SƏTƏM, İR, Servis və şirkət daxili intizam qaydalarını bilməli və onlara riayət etməli;
- Texnikanın (Çəngəlli avtoyükləyici, Qayçı tipli qaldırıcı-səbət, Teleskopik yükləyici (JLG, JCB, Hyster, Linde, Magni, Dieci və s.) və s.) elektrik sistemlərinin və elektron idarəetmə bloklarının kompüter diaqnostikası;
- Diaqnostika zamanı aşkar edilmiş qüsur və nasazlıqları menecer ilə razılaşdırmaqla aradan qaldırmaq;
- Elektrik naqillərindəki nasazlıqların aradan qaldırılması, sensorların, starter və generatorların təmiri/dəyişdirilməsi;
- Təhlükəsizlik sistemlərinin kalibrlənməsi və sazlanması;
- Akkumulyator batareyalarına və şarj sistemlərinə texniki xidmət göstərilməsi;
- Görülən işlər barədə menecerə hesabatların təqdim edilməsi.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
- Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində “Elektrik” göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
- Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
- Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.