Vəzifə öhdəlikləri:
- Qarabağ regionunda fəaliyyət göstərən kiçik su elektrik stansiyalarının istismar və texniki idarəetməsinin təşkili
- Stansiyaların fasiləsiz, təhlükəsiz və səmərəli işləməsinə nəzarət
- İstismar heyətinin (mühəndis, operator, texniki personal) idarə olunması və iş bölgüsünün aparılması
- Avadanlıqların texniki baxış, profilaktik təmir və planlı dayanma işlərinin təşkili
- Enerji istehsalı göstəricilərinin, itkilərin və qəza hallarının təhlili
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasına nəzarət
- Müvafiq dövlət qurumları və mərkəzi ofis ilə operativ əlaqənin təmin edilməsi
- Aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi
Namizədə tələblər:
- Ali texniki təhsil (energetika, elektroenergetika, hidroenergetika, mexanika və ya əlaqəli sahə)
- Su elektrik stansiyalarının istismarı sahəsində minimum 5 il iş təcrübəsi (kiçik SES-lərdə təcrübə üstünlükdür)
- İstismar, texniki xidmət və təmir prosesləri üzrə praktiki biliklər
- Elektrik avadanlıqları, hidrotexniki qurğular, generator və turbinlər üzrə anlayış
- Rəhbər vəzifədə və ya briqada idarəçiliyi üzrə təcrübə
- Texniki sənədlərlə, istismar jurnalları və hesabatlarla işləmək bacarığı
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Azərbaycan dilini səlis bilmək (rus və ya ingilis dili üstünlükdür)
- Qarabağ regionunda işləmək və ezamiyyət rejiminə uyğunlaşmaq imkanı
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.