Vəzifə öhdəlikləri:
- Kişi və qadın gündəlik geyimləri üzrə tikiş prosesində keyfiyyət standartlarının qurulması və tətbiqi.
- Tikiş əməliyyatları üçün düzgün texnoloji ardıcıllığın müəyyən edilməsi və tətbiqə nəzarət.
- Tikişçilərin iş üsulları üzrə təlimatlandırılması və praktik öyrədilməsi.
- Keyfiyyət qüsurlarının analizi və səbəblərin aradan qaldırılması üçün proseslərin təkmilləşdirilməsi.
- Nümunə və texniki kartlara uyğunluğun daimi yoxlanılması.
- Avadanlıqlardan düzgün istifadə qaydalarının tətbiqi və nəzarəti.
- Tikiş keyfiyyəti üzrə daxili yoxlama mexanizmlərinin qurulması.
- Yeni işçilərin adaptasiyası və keyfiyyət standartları üzrə təlimi.
Tələblər:
- Kişi və qadın geyimləri üzrə tikiş sahəsində minimum 10 il praktiki təcrübə.
- Keyfiyyətə nəzarət və istehsalat proseslərinin idarə edilməsi üzrə təcrübə.
- Texniki kartlar, əməliyyat xəritələri və ölçü cədvəlləri ilə işləmək bacarığı.
- Tikişçiləri öyrətmək və düzgün iş üsullarını formalaşdırmaq bacarığı.
- Analitik yanaşma, detallara yüksək diqqət və məsuliyyət.
- Liderlik və komanda ilə işləmək bacarığı.
Üstünlüklər:
- Kütləvi istehsalatda keyfiyyət sistemlərinin qurulması təcrübəsi.
- İstehsalatın optimizasiyası üzrə biliklər.
- Fərqli parça və mürəkkəb modellərlə işləmə təcrübəsi.
Biz təklif edirik:
- İstehsalatda real təsir və keyfiyyət sisteminin qurulmasında aparıcı rol.
- Stabil və uzunmüddətli əməkdaşlıq.
- Rəqabətli əməkhaqqı.
- Peşəkar və inkişaf yönümlü mühit.
Şərtlər: Rəsmi əmək müqaviləsi
Xahiş olunur maraqlanan namizədlər CV-ni mövzu yerində “Baş Tikiş Ustası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.