Baş Tikiş Ustası / Tikiş Keyfiyyətinə Nəzarət üzrə Mütəxəssis (Kişi və Qadın Gündəlik Geyimləri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Tikiş Ustası / Tikiş Keyfiyyətinə Nəzarət üzrə Mütəxəssis (Kişi və Qadın Gündəlik Geyimləri)

  • Deadline 26 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Kişi və qadın gündəlik geyimləri üzrə tikiş prosesində keyfiyyət standartlarının qurulması və tətbiqi.
  • Tikiş əməliyyatları üçün düzgün texnoloji ardıcıllığın müəyyən edilməsi və tətbiqə nəzarət.
  • Tikişçilərin iş üsulları üzrə təlimatlandırılması və praktik öyrədilməsi.
  • Keyfiyyət qüsurlarının analizi və səbəblərin aradan qaldırılması üçün proseslərin təkmilləşdirilməsi.
  • Nümunə və texniki kartlara uyğunluğun daimi yoxlanılması.
  • Avadanlıqlardan düzgün istifadə qaydalarının tətbiqi və nəzarəti.
  • Tikiş keyfiyyəti üzrə daxili yoxlama mexanizmlərinin qurulması.
  • Yeni işçilərin adaptasiyası və keyfiyyət standartları üzrə təlimi.

Tələblər:

  • Kişi və qadın geyimləri üzrə tikiş sahəsində minimum 10 il praktiki təcrübə.
  • Keyfiyyətə nəzarət və istehsalat proseslərinin idarə edilməsi üzrə təcrübə.
  • Texniki kartlar, əməliyyat xəritələri və ölçü cədvəlləri ilə işləmək bacarığı.
  • Tikişçiləri öyrətmək və düzgün iş üsullarını formalaşdırmaq bacarığı.
  • Analitik yanaşma, detallara yüksək diqqət və məsuliyyət.
  • Liderlik və komanda ilə işləmək bacarığı.

​​​​​​​Üstünlüklər:

  • Kütləvi istehsalatda keyfiyyət sistemlərinin qurulması təcrübəsi.
  • İstehsalatın optimizasiyası üzrə biliklər.
  • Fərqli parça və mürəkkəb modellərlə işləmə təcrübəsi.

Biz təklif edirik:

  • İstehsalatda real təsir və keyfiyyət sisteminin qurulmasında aparıcı rol.
  • Stabil və uzunmüddətli əməkdaşlıq.
  • Rəqabətli əməkhaqqı.
  • Peşəkar və inkişaf yönümlü mühit.

Şərtlər: Rəsmi əmək müqaviləsi

Xahiş olunur maraqlanan namizədlər CV-ni mövzu yerində “Baş Tikiş Ustası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

  • Daily0
  • Weekly158
  • Monthly2100