Caspian Textile MMC Caspian Textile MMC

Full-stack Developer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Full-stack Developer

  • Deadline 5 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Veb saytlar və veb tətbiqlər hazırlamaq üçün komandamıza Full-stack Developer axtarırıq. Bu vəzifədə hər layihənin texniki icrasına başdan sona cavabdeh olacaqsınız. Dizayn maketlərini işlək veb səhifələrə çevirəcək, backend funksionallığını hazırlayacaq, testləri aparacaq və layihənin istifadəyə verilməsini təmin edəcəksiniz.

Əsas vəzifələr

  • Next.js və React ilə kompüter, planşet və mobil ekranlara uyğun veb saytlar və veb tətbiqlər hazırlamaq.
  • Backend funksionallığını və API-ləri hazırlamaq, verilənlər bazası və xarici xidmətlərlə inteqrasiyaları qurmaq.
  • Layihəni test etmək, serverdə yerləşdirmək və istifadəyə verildikdən sonra yaranan texniki problemləri aradan qaldırmaq.
  • Mövcud saytların sürətini və istifadə rahatlığını yaxşılaşdırmaq.

Əsas tələblər

  • Veb layihələrin həm frontend, həm də backend hissələrini müstəqil hazırlamaq üzrə praktik təcrübə.
  • HTML, CSS və JavaScript üzrə güclü biliklər.
  • Next.js və React ilə veb layihələr hazırlamaq təcrübəsi.
  • REST API, verilənlər bazası və Git ilə işləmək bacarığı.
  • Veb layihələri serverdə və ya bulud platformasında yerləşdirmək və istifadəyə vermək təcrübəsi.

Üstünlük hesab olunur

  • TypeScript ilə layihə təcrübəsi.
  • Python və Django ilə backend proqramlaşdırma təcrübəsi.
  • React Native ilə mobil tətbiqlərin hazırlanması üzrə təcrübə.
  • CMS inteqrasiyası və kontentin idarə edilməsi üçün admin panellərinin hazırlanması.
  • Texniki SEO və veb saytların performansının optimallaşdırılması.
  • Docker, CI/CD və avtomatlaşdırılmış testlər üzrə təcrübə.

CV-nizi və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Full-stack Developer” mövzusu ilə göndərin. Portfolionuzda hazırladığınız layihələrin linklərini və hər layihədə hansı hissələrə cavabdeh olduğunuzu qısaca qeyd edin.

  • Daily81
  • Weekly448
  • Monthly449