Vəzifə öhdəlikləri:
- Şirkətin veb-saytında müasir rəqəmsal texnologiyaların və avtomatlaşdırma həllərinin tətbiqi və inteqrasiyası
- Saytın SEO optimizasiyasını təmin etmək və axtarış sistemlərində mövqeyini yaxşılaşdırmaq
- Mövcud veb-sistemlərin və modulların proqramlaşdırılması, dəstəklənməsi və inkişafı
- Yeni texnoloji trendləri izləyərək şirkətin rəqəmsal transformasiyasına töhfə vermək
Tələblər və Bacarıqlar:
- Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil
- Proqramlaşdırma bilikləri (Python, JavaScript, PHP və s. dillərdə işləmə təcrübəsi üstünlükdür)
- Veb-sistemlərin inteqrasiyası və API-lərlə işləmə bacarığı
- SEO alətləri və metodologiyaları üzrə praktiki biliklər
- Verilənlər bazaları (MySQL, PostgreSQL və s.) ilə işləmə təcrübəsi
- Veb-saytların təhlükəsizliyi və optimallaşdırılması üzrə anlayış
- Analitik düşüncə, məsuliyyət və problem həll etmə bacarığı
- Komanda ilə əməkdaşlıq və işdə operativlik
Şərtlər:
- Rəsmi əmək müqaviləsi
- 6 günlük iş rejimi
Maraqlanan namizədlər CV-ni mövzu yerində “IT mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.