Caspian Textile LLC ofis işlərinin gündəlik təşkilini həyata keçirən, daxili prosesləri koordinasiya edən və rəhbərliyə inzibati dəstək göstərən Ofis Meneceri axtarır
Əsas tələblər
- Ofis meneceri və ya inzibati sahədə minimum 2 il iş təcrübəsi
- Sənədləşmə, yazışmalar və gündəlik ofis işlərinin idarə olunması üzrə təcrübə
- Azərbaycan, Ingilis və Rus dillərində sərbəst ünsiyyət
- MS Office (Word, Excel, Outlook, Power Point) ilə sərbəst işləmək bacarığı.
- Ünsiyyətcil, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olmaq
Öhdəliklər
- Şirkətin gündəlik iş proseslərinin təşkili və koordinasiyası
- Daxili yazışmaların və sənədlərin idarə olunması
- Rəhbərliyin tapşırıqlarının icrası və görüşlərin təşkili
- Təchizatçılarla və tərəfdaşlarla əlaqələrin qurulması
- Şirkətin təşkil və ya iştirak etdiyi tədbirlərin planlaşdırılması, təşkili və koordinasiyası
Şərtlər:
- Rəsmi əmək müqaviləsi
- Yanacaq və telefon xərcləri şirkət tərəfindən qarşılanır
Maraqlanan namizədlər CV-ni mövzu yerində “Ofis Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin.