İşin təsviri
Diqqət: Vakansiya yalnız tekstil sahəsində çalışan nəzarətçilər üçün nəzərdə tutulub.
Namizəddə tələblər:
- Yaş həddi 25-55
- Təhsil: tam orta, orta ixtisas və ya ali təhsil
- Tikiş proseslərini tam bilməli
- İşçi geyimlərinin tikişi üzrə təcrübə üstünlükdür;
- Təcrübə: Minimum 5 il
- Komandada işləmək bacarığı;
- Dəqiq və məsuliyyətli;
- Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
- Səliqəli və məsuliyyətli olması
- Korporativ etikaya həssaslıq, intizamlı olma və təşəbbüskarlıq
- MS Office proqramlarında işləmə bacarığı üstünlükdür;
İş haqqında:
- Məhsulun tikişinə nəzarət
- Məhsulun keyfiyyətinə nəzarət
- İşçilər arasında məhsulun ədalətli bölünməsinə nəzarət
- Məhsulların tikiş şöbəsindən alınaraq, düzgün şəkildə paketləmə şöbəsinə təhvil vermək
- Avadanlıqların gün sonuna doğru təmiz şəkildə təhvil verilməsinə nəzarət
- İş prosesi zamanı yaranmış problemlərə qarşı operativ şəkildə yanaşma
İş Şərtləri:
- Ayın 2 həftəsi 6 iş günü, 2 həftəsi 5 iş günü rejimi
- İş saatları: 08:00-17:00;
- Əmək haqqı Razılaşma yolu ilə
Servis xidməti var (20 Yanvar, Koroğlu, Dərnəgül istiqaməti üzərindən)
Ünvan - Qaradağ rayonu, Lökbatan qəsəbəsi
Əgər siz istehsal sahəsində təcrübəyə malik və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün mövzu hissədə Tikiş nəzarətçisi qeyd edərək CV-nizi və əlaqə məlumatlarınızı Müraciət et butonunda qeyd olunan elektron poçtuna və ya +994512011271 nömrəsinə göndərin.