Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 8 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Öhdəliklər

  • Şirkətin gündəlik mühasibat və maliyyə əməliyyatlarının uçotunun aparılması;
  • Bank əməliyyatlarının həyata keçirilməsi, bank ödənişlərinin və müxabirləşmələrin düzgün aparılmasının təmin edilməsi;
  • Daxili mühasibat uçotu sistemində ödəniş və köçürmələrin idarə edilməsi, məlumatların vaxtında və düzgün işlənilməsi;
  • Elektron qaimə-fakturaların, hesab və vergi hesab-fakturalarının hazırlanması, göndərilməsi və gündəlik yoxlanılması;
  • Alıcı və təchizatçılarla qarşılıqlı hesablaşmaların aparılması, debitor və kreditor borcların uçotu və nəzarətdə saxlanılması;
  • Qarşılıqlı üzləşmə aktlarının hazırlanması və hesablaşmaların düzgünlüyünün yoxlanılması;
  • Mal və xidmətlər üzrə müqavilə, sifariş və digər ilkin sənədlərin yoxlanılması;
  • İlkin mühasibat sənədlərinin düzgünlüyünün, tamlığının və vaxtında sistemə daxil edilməsinin təmin edilməsi;
  • Aylıq əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması;
  • Əməkhaqqı üzrə vergi və sosial sığorta öhdəliklərinin hesablanması;
  • Mühasibat və vergi uçotu üzrə sənədlərin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və qorunmasının təmin edilməsi;
  • Ödəniş sənədlərinin və maliyyə məlumatlarının düzgünlüyünün yoxlanılması;
  • Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsi üzrə);
  • Müvafiq sahə üzrə min. 2-3 il iş təcrübəsi
  • Mühasibat və vergi uçotu üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə dair biliklər;
  • ƏDV, mənfəət vergisi, ÖMV və MDSS hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
  • Elektron qaimə-fakturalar, bank əməliyyatları və ödəniş sənədləri ilə işləmə bacarığı;
  • Analitik düşünmə və dəqiqlik;

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi , saat 09:00-18:00
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • İş yeri: Bakı şəhəri

Maraqlanan namizədlər mövzu yerində “Mühasib ” yazmaqla öz şəkilli CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly486
  • Monthly737