Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Beynəlxalq münasibətlər, Menecment və ya əlaqədar sahələr üstünlükdür);
- Xarici ticarət və satınalma sahəsində minimum 2-3 il iş təcrübəsi;
- İngilis dili mükəmməl səviyyədə (rus dili bilikləri əlavə üstünlükdür);
- Beynəlxalq təchizat zənciri, gömrük prosesi və logistika barədə biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yaxşı analitik düşüncə, danışıqlar aparmaq və ünsiyyət bacarıqları;
- Komanda ilə işləmək və çoxsaylı tapşırıqları idarə etmək bacarığı;
- Bazar araşdırması və təchizatçı analizi sahəsində təcrübə.
- Yaş məhdudiyyəti 25-35
Vəzifələr:
- Xarici bazarlardan təchizatçılarla əlaqə qurmaq və danışıqlar aparmaq;
- Qiymət araşdırması aparmaq, kommersiya təklifləri toplamaq və müqayisə etmək;
- Müqavilələrin hazırlanması və təchizat şərtlərinin razılaşdırılması;
- Gömrük sənədlərinin hazırlanması və aidiyyəti orqanlarla koordinasiya;
- Alınan malların keyfiyyətinə və uyğunluğuna nəzarət etmək;
- Logistika (çatdırılma müddəti, yükün izlənməsi və s.) proseslərini təşkil etmək;
- Təchizatçıların performansının qiymətləndirilməsi və daimi əlaqələrin saxlanması;
- İdxal və ixrac sənədlərinin düzgün və vaxtında hazırlanmasını təmin etmək
Öhdəlikləri:
- Xarici partnyorlarla yazışmaların və danışıqların peşəkar səviyyədə aparılması;
- Təchizatçılarla müqavilələrin icrasına nəzarət;
- Gömrük və logistika xidmətləri ilə koordinasiyanın effektiv təşkili;
- Müvafiq hesabatların və analitik məlumatların hazırlanması;
- Təchizat risklərinin müəyyənləşdirilməsi və onların idarə olunması;
- Şirkətin satınalma xərclərinin optimallaşdırılması üçün təkliflər irəli sürmək;
- Yerli və beynəlxalq bazar trendlərinin izlənməsi və rəhbərliyə məlumat verilməsi.
İş şərtləri:
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- İşyeri: Bakı şəhəri;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Xarici əlaqələr və alış üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.