Caspion Construction & Procurement LLC Caspion Construction & Procurement LLC
  • 592

Caspion Construction & Procurement LLC

Digər

Tender Procurement Manager (Tender satınalmaları üzrə menecer)

Tender Procurement Manager (Tender satınalmaları üzrə menecer)

  • Deadline 21 Fevral 2026

Şirkət fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq Tender satınalmaları üzrə menecer vəzifəsi üçün namizəd axtarır.

Tələblər:

  • Incoterms və beynəlxalq logistika üzrə biliklər;
  • Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Kompüter və rəqəmsal alətlərlə işləmək bacarığı;
  • Satınalma üzrə minimum 2 il iş təcrübəsi (satınalma meneceri və ya oxşar vəzifədə);
  • Böyük həcmli məlumatlarla işləmək, texniki və kommersiya göstəricilərini təhlil etmək bacarığı;
  • Texniki və analitik düşüncə tərzi, avadanlıqların texniki xüsusiyyətlərini və sənədləri anlama qabiliyyəti;
  • İnternetdə məlumatların axtarışı və analizi, mənbələrin etibarlılığını qiymətləndirmək bacarığı;
  • Süni intellekt alətləri, o cümlədən ChatGPT ilə işləmək bacarığı (məlumat analizi və sənədlərin hazırlanması üçün);
  • Logistika və mal müşayiətedici sənədlər (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) üzrə biliklər;
  • Diqqətlilik, məsuliyyət və deadline şəraitində işləmək bacarığı.

Dil bilikləri:

  • Azərbaycan dili — sərbəst
  • Rus dili — sərbəst
  • İngilis dili — upper-intermediate;

Vəzifə öhdəlikləri:

  • Tapşırılan məhsullar üzrə bazarın və potensial təchizatçıların araşdırılması;
  • Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili;
  • Məhsul həcmlərinin, logistika sxemlərinin və konteyner yerləşdirilməsinin hesablanması;
  • Məhsulun maya dəyərinin müəyyən edilməsi (daşıma, gömrük və digər xərclər daxil olmaqla);
  • Təchizatçılar və tərəfdaşlarla daimi əlaqələrin saxlanılması;
  • Gömrük rəsmiləşdirilməsi üçün sənədlərin hazırlanması və yoxlanılması;
  • Satınalmalar üzrə məlumatların toplanması, sistemləşdirilməsi və hesabatların hazırlanması;
  • Tapşırıqların icra müddətlərinə və tender sənədlərinin tələblərinə nəzarət;
  • Böyük məlumat bazaları və texniki göstəricilərlə işləmək;
  • Analitik məlumatların işlənməsi və rəhbərlik üçün təkliflərin hazırlanması.

İş şəraiti:

  • Əmək haqqı: 1200–1500 AZN (netto);
  • Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
  • Şirkət hesabına kompleks nahar;
  • Ödənişli məzuniyyət və dövlət bayram günlərinə uyğun istirahət günləri;
  • 1 aylıq ödənişli staj (təcrübə) müddəti;
  • Layihə və tenderlərin qazanılması halında bonuslar;
  • Yaxşı iş performansına əsasən illik əmək haqqının artırılması.
  • İş yeri: Babək Plaza, Xətai metro stansiyasının yaxınlığı.

Müraciət qaydası:

  • CV-lərinizi yalnız WhatsApp vasitəsilə +994 51 378 37 76 nömrəsinə göndərin. Zənglər qəbul edilmir.  Xahiş olunur, CV-lər yalnız bütün tələblərə tam uyğun namizədlər tərəfindən göndərilsin.
  • Daily51
  • Weekly315
  • Monthly1747