Şirkət fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq Tender satınalmaları üzrə menecer vəzifəsi üçün namizəd axtarır.
Tələblər:
- Incoterms və beynəlxalq logistika üzrə biliklər;
- Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Kompüter və rəqəmsal alətlərlə işləmək bacarığı;
- Satınalma üzrə minimum 2 il iş təcrübəsi (satınalma meneceri və ya oxşar vəzifədə);
- Böyük həcmli məlumatlarla işləmək, texniki və kommersiya göstəricilərini təhlil etmək bacarığı;
- Texniki və analitik düşüncə tərzi, avadanlıqların texniki xüsusiyyətlərini və sənədləri anlama qabiliyyəti;
- İnternetdə məlumatların axtarışı və analizi, mənbələrin etibarlılığını qiymətləndirmək bacarığı;
- Süni intellekt alətləri, o cümlədən ChatGPT ilə işləmək bacarığı (məlumat analizi və sənədlərin hazırlanması üçün);
- Logistika və mal müşayiətedici sənədlər (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) üzrə biliklər;
- Diqqətlilik, məsuliyyət və deadline şəraitində işləmək bacarığı.
Dil bilikləri:
- Azərbaycan dili — sərbəst
- Rus dili — sərbəst
- İngilis dili — upper-intermediate;
Vəzifə öhdəlikləri:
- Tapşırılan məhsullar üzrə bazarın və potensial təchizatçıların araşdırılması;
- Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili;
- Məhsul həcmlərinin, logistika sxemlərinin və konteyner yerləşdirilməsinin hesablanması;
- Məhsulun maya dəyərinin müəyyən edilməsi (daşıma, gömrük və digər xərclər daxil olmaqla);
- Təchizatçılar və tərəfdaşlarla daimi əlaqələrin saxlanılması;
- Gömrük rəsmiləşdirilməsi üçün sənədlərin hazırlanması və yoxlanılması;
- Satınalmalar üzrə məlumatların toplanması, sistemləşdirilməsi və hesabatların hazırlanması;
- Tapşırıqların icra müddətlərinə və tender sənədlərinin tələblərinə nəzarət;
- Böyük məlumat bazaları və texniki göstəricilərlə işləmək;
- Analitik məlumatların işlənməsi və rəhbərlik üçün təkliflərin hazırlanması.
İş şəraiti:
- Əmək haqqı: 1200–1500 AZN (netto);
- Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
- Şirkət hesabına kompleks nahar;
- Ödənişli məzuniyyət və dövlət bayram günlərinə uyğun istirahət günləri;
- 1 aylıq ödənişli staj (təcrübə) müddəti;
- Layihə və tenderlərin qazanılması halında bonuslar;
- Yaxşı iş performansına əsasən illik əmək haqqının artırılması.
- İş yeri: Babək Plaza, Xətai metro stansiyasının yaxınlığı.
Müraciət qaydası:
- CV-lərinizi yalnız WhatsApp vasitəsilə +994 51 378 37 76 nömrəsinə göndərin. Zənglər qəbul edilmir. Xahiş olunur, CV-lər yalnız bütün tələblərə tam uyğun namizədlər tərəfindən göndərilsin.