Caspion Construction & Procurement LLC Caspion Construction & Procurement LLC
  • 441

Caspion Construction & Procurement LLC

Construction , Building Construction

Tender satınalmaları üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tender satınalmaları üzrə mütəxəssis

  • Deadline 3 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Tender elanlarının və birbaşa satınalma sorğularının izlənilməsi, daxil olan tapşırıqların operativ şəkildə icraya götürülməsi;
  • Məhsul və avadanlıqlar üzrə yerli və xarici bazarın, istehsalçıların və potensial təchizatçıların araşdırılması;
  • Təchizatçılara qiymət sorğularının göndərilməsi, kommersiya şərtlərinin müzakirəsi və daha əlverişli təkliflərin əldə olunması;
  • Texniki tapşırıqların, spesifikasiyaların və tender tələblərinin təhlili, təklif olunan məhsulların uyğunluğunun yoxlanılması;
  • Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili və rəhbərliyə əsaslandırılmış seçimlərin təqdim edilməsi;
  • Məhsulun tam maya dəyərinin hesablanması: alış qiyməti, logistika, gömrük, vergi və digər xərclər daxil olmaqla;
  • Tender üçün tələb olunan qiymət təkliflərinin, uyğunluq cədvəllərinin və digər satınalma sənədlərinin hazırlanması;
  • Sifariş, müqavilə və spesifikasiyaların hazırlanması və prosesin izlənilməsi;
  • Daşıma sxeminin seçilməsi, yükün həcmi və çəkisi üzrə hesablamaların aparılması, logistika tərəfdaşları ilə koordinasiya;
  • Gömrük rəsmiləşdirilməsi və daşınma üçün tələb olunan sənədlərin (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) yoxlanılması;
  • Sifarişlərin istehsal, ödəniş, yüklənmə, çatdırılma və təhvil mərhələlərinin izlənilməsi;
  • Təchizatçılar və tərəfdaşlarla davamlı işgüzar əlaqələrin saxlanılması;
  • Satınalmalar üzrə məlumatların sistemləşdirilməsi, hesabatların hazırlanması və son icra tarixlərinə nəzarət.

Namizədə tələblər

  • Satınalma, tender və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində minimum intermediate səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Incoterms qaydaları, beynəlxalq logistika və idxal prosesləri haqqında biliklər;
  • Texniki spesifikasiyaları, kataloqları və avadanlıqların texniki xüsusiyyətlərini anlama və müqayisə etmə bacarığı;
  • Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Böyük həcmli məlumatlarla işləmək, qiymət və kommersiya göstəricilərini analiz etmək bacarığı;
  • Yüksək diqqətlilik, məsuliyyət, danışıqlar aparmaq və sıx deadline şəraitində işləmək bacarığı.

İş şəraiti

  • Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
  • İş rejimi: 5/2;
  • İstirahət və bayram günləri istisna olmaqla həftəlik 40 iş saatı;
  • İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsi əsasında rəsmiləşdirilir.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Yalnız vakansiyada qeyd olunan tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

  • Daily75
  • Weekly178
  • Monthly195