Vəzifə öhdəlikləri
- Tender elanlarının və birbaşa satınalma sorğularının izlənilməsi, daxil olan tapşırıqların operativ şəkildə icraya götürülməsi;
- Məhsul və avadanlıqlar üzrə yerli və xarici bazarın, istehsalçıların və potensial təchizatçıların araşdırılması;
- Təchizatçılara qiymət sorğularının göndərilməsi, kommersiya şərtlərinin müzakirəsi və daha əlverişli təkliflərin əldə olunması;
- Texniki tapşırıqların, spesifikasiyaların və tender tələblərinin təhlili, təklif olunan məhsulların uyğunluğunun yoxlanılması;
- Texniki və kommersiya təkliflərinin müqayisəli təhlili və rəhbərliyə əsaslandırılmış seçimlərin təqdim edilməsi;
- Məhsulun tam maya dəyərinin hesablanması: alış qiyməti, logistika, gömrük, vergi və digər xərclər daxil olmaqla;
- Tender üçün tələb olunan qiymət təkliflərinin, uyğunluq cədvəllərinin və digər satınalma sənədlərinin hazırlanması;
- Sifariş, müqavilə və spesifikasiyaların hazırlanması və prosesin izlənilməsi;
- Daşıma sxeminin seçilməsi, yükün həcmi və çəkisi üzrə hesablamaların aparılması, logistika tərəfdaşları ilə koordinasiya;
- Gömrük rəsmiləşdirilməsi və daşınma üçün tələb olunan sənədlərin (invoice, packing list, CMR, mənşə sertifikatı və s.) yoxlanılması;
- Sifarişlərin istehsal, ödəniş, yüklənmə, çatdırılma və təhvil mərhələlərinin izlənilməsi;
- Təchizatçılar və tərəfdaşlarla davamlı işgüzar əlaqələrin saxlanılması;
- Satınalmalar üzrə məlumatların sistemləşdirilməsi, hesabatların hazırlanması və son icra tarixlərinə nəzarət.
Namizədə tələblər
- Satınalma, tender və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində minimum intermediate səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Incoterms qaydaları, beynəlxalq logistika və idxal prosesləri haqqında biliklər;
- Texniki spesifikasiyaları, kataloqları və avadanlıqların texniki xüsusiyyətlərini anlama və müqayisə etmə bacarığı;
- Excel, Word və digər ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Böyük həcmli məlumatlarla işləmək, qiymət və kommersiya göstəricilərini analiz etmək bacarığı;
- Yüksək diqqətlilik, məsuliyyət, danışıqlar aparmaq və sıx deadline şəraitində işləmək bacarığı.
İş şəraiti
- Ofis Babək Plaza-da, Xətai metrosunun yaxınlığında yerləşir;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Şirkət tərəfindən iş noutbuku, telefon və korporativ nömrə təmin olunur;
- İş rejimi: 5/2;
- İstirahət və bayram günləri istisna olmaqla həftəlik 40 iş saatı;
- İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsi əsasında rəsmiləşdirilir.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız vakansiyada qeyd olunan tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.