Catering Camp Boss

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Catering Camp Boss

  • Deadline 3 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Kamp ərazisində fəaliyyət göstərən catering xidmətlərinin effektiv idarə olunmasını və koordinasiyasını təmin etmək;
  • Mətbəx, yeməkxana və servis proseslərinin düzgün təşkilinə nəzarət etmək;
  • Catering heyətinin (aşpaz, mətbəx köməkçisi, servis əməkdaşları və digər işçilər) fəaliyyətini koordinasiya etmək;
  • Gündəlik menyunun icrasına, yeməklərin keyfiyyətinə və təqdimat standartlarına nəzarət etmək;
  • Qida təhlükəsizliyi, gigiyena və sanitariya tələblərinin yerinə yetirilməsini təmin etmək;
  • HACCP və digər qida təhlükəsizliyi prosedurlarının tətbiqinə nəzarət etmək;
  • Ərzaq məhsullarının qəbulu, saxlanması, istifadəsi və sərfiyyatına nəzarət etmək;
  • Anbar ehtiyatlarının, inventarın və ərzaq qalığının idarə olunmasını təmin etmək;
  • İşçi sayına uyğun qida tələbatının planlaşdırılmasını həyata keçirmək;
  • Catering əməliyyatları üzrə gündəlik hesabatların hazırlanmasını təmin etmək;
  • Xərclərə nəzarət etmək və qida itkisinin minimuma endirilməsi istiqamətində tədbirlər görmək;
  • Müştəri tələblərinə uyğun xidmət keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Catering sahəsində yaranan operativ məsələlərin həllini təmin etmək;
  • Mətbəx avadanlıqlarının düzgün istifadəsinə və iş prosesinin fasiləsizliyinə nəzarət etmək;
  • Catering heyətinin davamiyyəti və iş qrafiklərinin idarə olunmasını təmin etmək.

Namizədə tələblər:

  • Cins: Bəy namizəd
  • Yaş aralığı: 30–50 yaş
  • Catering, hotel və ya iaşə sahəsində minimum 3 il iş təcrübəsi;
  • Camp Boss, Catering Supervisor, Catering Manager və ya oxşar rəhbər vəzifədə iş təcrübəsi;
  • Catering əməliyyatlarının təşkili və idarə olunması üzrə praktiki biliklər;
  • Komanda idarəetmə və liderlik bacarıqları;
  • Qida təhlükəsizliyi, gigiyena və sanitariya standartları üzrə biliklər;
  • Ərzaq sifarişi, anbar və inventar nəzarəti üzrə təcrübə;
  • Hesabatların hazırlanması və sənədləşmə bacarığı;
  • Operativ qərarvermə və yüksək məsuliyyətlilik;
  • MS Office proqramları üzrə baza bilikləri;
  • İngilis və ya rus dili biliyi üstünlükdür.

İş şəraiti:

  • İş yeri: Daşkəsən rayonu
  • Qidalanma təmin olunur
  • Yaşayış təmin olunmur
  • Nəqliyyat təmin olunmur
  • Əmək haqqı: Razılaşma əsasında

Qeyd:

  • Müraciət edən namizədlər CV-lərini göndərərkən gözlədikləri əməkhaqqı aralığını qeyd etmələri xahiş olunur.
  • Mövzu başlığı: Catering Camp Boss

Əlaqə - 055 400 01 45

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily75
  • Weekly178
  • Monthly195