Vəzifə öhdəlikləri:
- Kamp ərazisində fəaliyyət göstərən catering xidmətlərinin effektiv idarə olunmasını və koordinasiyasını təmin etmək;
- Mətbəx, yeməkxana və servis proseslərinin düzgün təşkilinə nəzarət etmək;
- Catering heyətinin (aşpaz, mətbəx köməkçisi, servis əməkdaşları və digər işçilər) fəaliyyətini koordinasiya etmək;
- Gündəlik menyunun icrasına, yeməklərin keyfiyyətinə və təqdimat standartlarına nəzarət etmək;
- Qida təhlükəsizliyi, gigiyena və sanitariya tələblərinin yerinə yetirilməsini təmin etmək;
- HACCP və digər qida təhlükəsizliyi prosedurlarının tətbiqinə nəzarət etmək;
- Ərzaq məhsullarının qəbulu, saxlanması, istifadəsi və sərfiyyatına nəzarət etmək;
- Anbar ehtiyatlarının, inventarın və ərzaq qalığının idarə olunmasını təmin etmək;
- İşçi sayına uyğun qida tələbatının planlaşdırılmasını həyata keçirmək;
- Catering əməliyyatları üzrə gündəlik hesabatların hazırlanmasını təmin etmək;
- Xərclərə nəzarət etmək və qida itkisinin minimuma endirilməsi istiqamətində tədbirlər görmək;
- Müştəri tələblərinə uyğun xidmət keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Catering sahəsində yaranan operativ məsələlərin həllini təmin etmək;
- Mətbəx avadanlıqlarının düzgün istifadəsinə və iş prosesinin fasiləsizliyinə nəzarət etmək;
- Catering heyətinin davamiyyəti və iş qrafiklərinin idarə olunmasını təmin etmək.
Namizədə tələblər:
- Cins: Bəy namizəd
- Yaş aralığı: 30–50 yaş
- Catering, hotel və ya iaşə sahəsində minimum 3 il iş təcrübəsi;
- Camp Boss, Catering Supervisor, Catering Manager və ya oxşar rəhbər vəzifədə iş təcrübəsi;
- Catering əməliyyatlarının təşkili və idarə olunması üzrə praktiki biliklər;
- Komanda idarəetmə və liderlik bacarıqları;
- Qida təhlükəsizliyi, gigiyena və sanitariya standartları üzrə biliklər;
- Ərzaq sifarişi, anbar və inventar nəzarəti üzrə təcrübə;
- Hesabatların hazırlanması və sənədləşmə bacarığı;
- Operativ qərarvermə və yüksək məsuliyyətlilik;
- MS Office proqramları üzrə baza bilikləri;
- İngilis və ya rus dili biliyi üstünlükdür.
İş şəraiti:
- İş yeri: Daşkəsən rayonu
- Qidalanma təmin olunur
- Yaşayış təmin olunmur
- Nəqliyyat təmin olunmur
- Əmək haqqı: Razılaşma əsasında
Qeyd:
- Müraciət edən namizədlər CV-lərini göndərərkən gözlədikləri əməkhaqqı aralığını qeyd etmələri xahiş olunur.
- Mövzu başlığı: Catering Camp Boss
Əlaqə - 055 400 01 45
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.