Catering 145 Group şirkəti dinamik iş mühitində çalışa biləcək, yüksək məsuliyyətli, operativ və analitik düşüncəyə malik əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
- Operation Director-un gündəlik fəaliyyətinin təşkilati və əməliyyat məsələlərində dəstəklənməsi;
- Catering layihələri üzrə gündəlik məlumatların toplanması, yoxlanılması və sistemləşdirilməsi;
- Layihələr üzrə xərc, büdcə, ödəniş və digər maliyyə göstəricilərinin izlənilməsinə dəstək göstərilməsi;
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Əməliyyat, maliyyə, satınalma, anbar və digər struktur bölmələri ilə koordinasiyanın həyata keçirilməsi;
- İşçi sayı, ərzaq və material sərfiyyatı, məhsul tədarükü, nəqliyyat və digər əməliyyat göstəricilərinin izlənilməsi;
- Excel proqramında məlumatların təhlili və hesabatların hazırlanması;
- Rəhbər tərəfindən verilən tapşırıqların operativ və düzgün şəkildə icra edilməsi;
- Layihələr üzrə yaranan operativ məsələlərin aidiyyəti şəxslərlə koordinasiya edilməsi və rəhbərə məlumat verilməsi;
- Zəruri hallarda layihə ərazilərinə səfərlərdə iştirak.
Namizədə tələblər
- Yaş aralığı 23-35
- Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Maliyyə təhsili olmayan namizədlər üçün maliyyə, hesabatlılıq, əməliyyat və ya əlaqəli sahədə praktiki iş təcrübəsi;
- İngilis dili – B1–B2 səviyyəsi; Rus dili arzuolunandır
- Catering sahəsində iş təcrübəsi arzuolunandır;
- MS Excel proqramında yaxşı işləmək bacarığı;
- Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
- Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları;
- İntensiv iş yükünə və dinamik iş mühitinə davamlılıq;
- Eyni vaxtda bir neçə tapşırığı prioritetləşdirərək idarə etmək bacarığı;
- Operativlik, məsuliyyətlilik və diqqətlilik;
- Problem həll etmə və koordinasiya bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.
İş şəraiti
- İş yeri: Bakı, ISR Plaza
- İş formatı: Tam iş günü
- Əməkhaqqı: 800–1000 AZN
CV-lərinizi mövzu hissəsində “Əməliyyatlar üzrə direktor köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə: 055 400 01 45