Əməliyyatlar üzrə Direktor Köməkçisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əməliyyatlar üzrə Direktor Köməkçisi

  • Истекает 16 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Catering 145 Group şirkəti dinamik iş mühitində çalışa biləcək, yüksək məsuliyyətli, operativ və analitik düşüncəyə malik əməkdaş axtarır.

Vəzifə öhdəlikləri

  • Operation Director-un gündəlik fəaliyyətinin təşkilati və əməliyyat məsələlərində dəstəklənməsi;
  • Catering layihələri üzrə gündəlik məlumatların toplanması, yoxlanılması və sistemləşdirilməsi;
  • Layihələr üzrə xərc, büdcə, ödəniş və digər maliyyə göstəricilərinin izlənilməsinə dəstək göstərilməsi;
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Əməliyyat, maliyyə, satınalma, anbar və digər struktur bölmələri ilə koordinasiyanın həyata keçirilməsi;
  • İşçi sayı, ərzaq və material sərfiyyatı, məhsul tədarükü, nəqliyyat və digər əməliyyat göstəricilərinin izlənilməsi;
  • Excel proqramında məlumatların təhlili və hesabatların hazırlanması;
  • Rəhbər tərəfindən verilən tapşırıqların operativ və düzgün şəkildə icra edilməsi;
  • Layihələr üzrə yaranan operativ məsələlərin aidiyyəti şəxslərlə koordinasiya edilməsi və rəhbərə məlumat verilməsi;
  • Zəruri hallarda layihə ərazilərinə səfərlərdə iştirak.

Namizədə tələblər

  • Yaş aralığı 23-35
  • Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Maliyyə təhsili olmayan namizədlər üçün maliyyə, hesabatlılıq, əməliyyat və ya əlaqəli sahədə praktiki iş təcrübəsi;
  • İngilis dili – B1–B2 səviyyəsi; Rus dili arzuolunandır
  • Catering sahəsində iş təcrübəsi arzuolunandır;
  • MS Excel proqramında yaxşı işləmək bacarığı;
  • Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
  • Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları;
  • İntensiv iş yükünə və dinamik iş mühitinə davamlılıq;
  • Eyni vaxtda bir neçə tapşırığı prioritetləşdirərək idarə etmək bacarığı;
  • Operativlik, məsuliyyətlilik və diqqətlilik;
  • Problem həll etmə və koordinasiya bacarığı;
  • B kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır.

İş şəraiti

  • İş yeri: Bakı, ISR Plaza
  • İş formatı: Tam iş günü
  • Əməkhaqqı: 800–1000 AZN

CV-lərinizi mövzu hissəsində “Əməliyyatlar üzrə direktor köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə: 055 400 01 45

  • Daily85
  • Weekly322
  • Monthly573