Keyfiyyət Mühəndisi (Tikinti Sahəsi üzrə)

  • Истекает 20 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın Azərbaycanın Bakı şəhərində həyata keçirdiyi Olive Bay Layihəsi üçün Keyfiyyət Mühəndisi (Tikinti Sahəsi üzrə) vəzifəsinə peşəkar namizəd axtarırıq.

Ümumi tələblər

  • İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsilə malik olmaq;
  • Keyfiyyətə nəzarət (QA/QC) sahəsində oxşar vəzifədə minimum 5–15 il iş təcrübəsinə malik olmaq;
  • Betonarme, infrastruktur (altyapı), incə tikinti işləri və fasad işləri üzrə təcrübəyə malik olmaq;
  • Texniki sənədləri oxuyub-anlamaq və yazışmalar aparmaq səviyyəsində ingilis dili biliyinə malik olmaq;
  • Microsoft Office proqramlarını və AutoCAD proqramını sərbəst istifadə etmək bacarığına malik olmaq;
  • Kompüter biliklərinə yüksək səviyyədə yiyələnmiş olmaq;
  • Komanda ilə işləmək, analitik düşünmək və problemlərin həllinə yönümlü yanaşma nümayiş etdirmək;
  • Üstünlük verilir: ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə Daxili Auditor (Internal Auditor) sertifikatına malik namizədlərə.

İşin təsviri

  • Tikinti işlərinin layihə, texniki spesifikasiyalar və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
  • Betonarme, infrastruktur, incə işlər və fasad işləri üzrə keyfiyyət yoxlamalarını həyata keçirmək;
  • Giriş materiallarının, görülən işlərin və tamamlanmış mərhələlərin keyfiyyətə uyğunluğunu yoxlamaq;
  • Uyğunsuzluqları müəyyən etmək, müvafiq hesabatları hazırlamaq və düzəldici tədbirlərin icrasına nəzarət etmək;
  • Keyfiyyət yoxlama protokollarını, hesabatları və digər texniki sənədləri hazırlamaq və arxivləşdirmək;
  • Podratçı və subpodratçıların işlərinin keyfiyyət tələblərinə uyğunluğunu izləmək;
  • Layihə komandası ilə koordinasiyalı işləyərək keyfiyyət standartlarının tətbiqini təmin etmək;
  • ISO 9001 və şirkətin keyfiyyət prosedurlarına uyğun fəaliyyət göstərmək.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Keyfiyyət Mühəndisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily18
  • Weekly121
  • Monthly138