CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur.
Qrup şirkətlərimizdən biri olan CCN İnşaat tərəfindən Bakı şəhərində həyata keçirilən Olive Bay layihəsi üçün Tikinti Sahəsi üzrə İnfrastruktur Texniki vəzifəsinə peşəkar namizəd axtarırıq.
Ümumi tələblər
- İnşaat, Geodeziya (Xəritəçilik) və ya müvafiq texniki ixtisas üzrə orta ixtisas və ya ali təhsilə malik olmaq;
- İnfrastruktur işləri üzrə, xüsusilə iri həcmli otel, residence və villa layihələrində minimum 3 il iş təcrübəsinə malik olmaq;
- Qazıntı, torpaq işləri və ixtisaslaşdırılmış dolğu işləri üzrə praktiki təcrübəyə sahib olmaq;
- Çirkab su, yağış suyu, içməli su, mexaniki və elektrik xətləri, hidrant sistemləri, landşaft suvarma şəbəkələri və digər yeraltı kommunikasiya sistemlərinin tikintisi üzrə sahə təcrübəsinə malik olmaq;
- AutoCAD və Microsoft Office proqramlarından sərbəst istifadə bacarığına malik olmaq;
- Tikinti norma və standartları, texniki şərtlər və keyfiyyət tələbləri barədə biliklərə sahib olmaq;
- Güclü ünsiyyət, koordinasiya və komanda ilə işləmək bacarığına malik olmaq;
- Məsuliyyətli, operativ, nəticəyönümlü və problem həll etmə bacarığına malik olmaq.
İşin təsviri
- Layihə çərçivəsində infrastruktur işlərinin (çirkab su, yağış suyu, içməli su, elektrik, mexaniki xətlər, hidrant və landşaft suvarma sistemləri və s.) gündəlik sahə işlərini təşkil etmək və nəzarətdə saxlamaq;
- Qazıntı, dolğu və digər infrastruktur işlərinin layihə, texniki şərtlər və iş qrafikinə uyğun icrasını təmin etmək;
- · Sahə briqadalarının, subpodratçıların və digər əlaqəli şöbələrin (üst tikili, mexaniki və elektrik) fəaliyyətini koordinasiya etmək;
- Görülən işlərin keyfiyyət standartlarına və layihə sənədlərinə uyğunluğunu yoxlamaq;
- Tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Görülmüş işlər üzrə ölçü, hesabat və gündəlik sahə məlumatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Texniki problemləri operativ şəkildə müəyyənləşdirmək və onların həlli üçün müvafiq təkliflər vermək;
- Layihənin müəyyən edilmiş vaxt qrafikinə uyğun icrasına dəstək göstərmək.
İş yeri - Bakı şəhəri – Olive Bay Layihəsi, Zağulba qəsəbəsi
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq mövzu (Subject) hissəsində "Tikinti Sahəsi üzrə İnfrastruktur Texniki" yazmaqla göndərə bilərlər.