C Cənnət Park MTK
  • 903

Cənnət Park MTK

Tikinti

SƏTƏM uzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM uzrə mühəndis

  • Deadline 28 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkət daxilində Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlərin icraatı zamanı bu sahədə yoxlamaların təşkili; 
  • SƏTƏM üzrə prosedur və təlimatların işlənib hazırlanması və tətbiqi;
  • Risklərin qiymətləndirilməsi ilə bağlı işlərin həyata keçirilməsi;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etməli;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməli;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməli;
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməli;
  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etməli;
  • Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşmənin düzgün aparılmasına nəzarət etməli;
  • İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etməli;
  • İş yerlərində SƏTƏM yoxlamaları və monitorinq işlərinin aparılması;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etməli;
  • İşə yeni qəbul olan işçilərə giriş təlimatı keçmək və bölmə rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
  • Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması ilə əlaqədar hesabat hazırlamalı və müvafiq göstərişlər verməli;
  • Yanğın təhlükəsizliyi sistemlərinə yoxlanışların keçirilməsinə nəzarət;
  • Şirkət daxili yanğın təhlükəsizliyi təlimlərinin təşkili;
  • Sağlamlıq və Təhlükəsizlik üzrə şirkət daxili qaydaların tərtib edilməsi və daxili siyasətin inkişaf etdirilməsi;
  • Vəzifə və funksiyalara uygun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək;
  • Aylıq və illik hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Ali Təhsil;
  • İş sağlamlığı və təhlükəsizliyi üzrə ixtisas;
  • Kompüter sistemləri sahəsində peşəkarlıq; 
  • iş qrafiki 6 günlük
  • İş saatı 10:00dan 18:00 dək
  • Nahar və korperativ nömrə verilir
  • İş yerinin ünvanı: Bakı Şamaxı yolu 14-cü km
  • Yaş həddi: 25-45
  • Əmək haqqı: 1000-1200
  • Sertifikat önəmlidir.

Yuxarıda qeyd olunan tələblərə uyğu namizədlərdən xahiş olunur mövzu sətirində “SƏTƏM uzrə mühəndis “ qeyd edərək CV-lərini electron poçt ünvanına göndərsinlər

  • Daily0
  • Weekly351
  • Monthly1989