İş şəraiti
- Şəhər: Bakı, Azərbaycan
- İş növü: Tam iş günü (5 gün həftəlik)
- Əmək haqqı: 2000 AZN
- Əmək münasibətləri: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
- İş yeri: Babək plaza
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi (balans hesabatı, mənfəət və zərər hesabatı, pul axını və s.).
- Vergi hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi.
- Əmək haqqı, ezamiyyət xərcləri və digər müvafiq ödənişlərin hesablanması və ödənilməsi.
- Debitor və kreditor hesablarının idarə edilməsi, balanslaşdırılması.
- Şirkətin daxili maliyyə siyasətinin hazırlanması və tətbiqi.
- Auditlərdə iştirak və müvafiq sənədlərin təqdim edilməsi.
- Vergi risklərinin qiymətləndirilməsi və rəhbərliyə məlumat verilməsi.
- Şirkətin mühasibatlıq şöbəsinin idarə edilməsi və əməkdaşların rəhbərliyi.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahə üzrə).
- Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi, bunlardan ən azı 3 il baş mühasib vəzifəsində.
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi və mühasibatlıq prinsipləri üzrə dərin biliklər.
- Mühasibatlıq proqramLARI (1C,Micro) və MS Excel proqramlarında yüksək səviyyədə biliklər.
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; İngilis və ya Rus dillərində biliklər üstünlükdür.
- ACCA F3, PMS və ya CIMA sertifikatları üstünlükdür.
- Güclü analitik düşünmə qabiliyyəti və detallara diqqət.
CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə göndərsinlər.