Satış rəhbəri

  • Истекает 13 сентябрь 2025

 İş şəraiti:

  • Şirkət: Ceylan MMC
  • İş yeri: Bakı şəh., Babək plaza, 8-ci mərtəbə
  • İş qrafiki: (Tam) (Bazar ertəsi – Cümə) - 09:00 – 18:00
  • Əmək haqqı: Müsahibə əsasında

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Marketinq və ya əlaqəli sahə üzrə).
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi.
  • Şəxsi avtomobilin olması mütləqdir.
  • Azərbaycan , Rus və İngilis dilində sərbəst danışıq və yazı bacarığı; 
  • MS Office proqramlarında yüksək səviyyədə biliklər.
  • Güclü ünsiyyət və liderlik bacarıqları.
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti.

Öhdəliklər:

  • Şirkətin illik və aylıq satış planlarını hazırlamaq və təsdiq üçün rəhbərliyə təqdim etmək.
  • Bazara uyğun qiymət strategiyasının müəyyən olunmasında iştirak etmək.
  • Satış hədəflərinə çatmaq üçün effektiv satış və marketinq kampaniyaları planlaşdırmaq.
  • Komandanın gündəlik fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü aparmaq.
  • İşçilərin motivasiyasını təmin etmək və performans qiymətləndirməsini aparmaq.
  • Müxtəlif satış kanallarını (topdansatış, pərakəndə, onlayn satış) effektiv şəkildə idarə etmək.
  • Distribusiya şəbəkəsinin genişləndirilməsi üçün yeni tərəfdaşlarla əməkdaşlıq qurmaq.
  • Satış göstəricilərini mütəmadi olaraq izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək.
  • Satışdan gələn dövriyyəni, marjanı və xərcləri izləmək.
  • İdarəetmə üçün statistik və analitik məlumat bazasını formalaşdırmaq.
  • Satış bölgələrinin (territorial planların) optimallaşdırılması.
  • Satış prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması.
  • Mövsümi kampaniyalar və endirim siyasətinin tətbiqinə rəhbərlik etmək
  • Satış komandası üçün mütəmadi təlimlər təşkil etmək
  • Yeni işçilərin adaptasiya prosesinə nəzarət etmək.
  • Satış texnikaları, məhsul biliyi və müştəri xidmətləri üzrə komandanı inkişaf etdirmək.

Müraciət qaydası:

Maraqlanan namizədlər cv-lərini [email protected] ünvanına göndərərək və ya Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq müracət edə bilərlər.
Əlaqə: +994504670128
 

  • Daily85
  • Weekly483
  • Monthly1207