İş şəraiti:
- Şirkət: Ceylan MMC
- İş yeri: Bakı şəh., Babək plaza, 8-ci mərtəbə
- İş qrafiki: (Tam) (Bazar ertəsi – Cümə) - 09:00 – 18:00
- Əmək haqqı: Müsahibə əsasında
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Marketinq və ya əlaqəli sahə üzrə).
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi.
- Şəxsi avtomobilin olması mütləqdir.
- Azərbaycan , Rus və İngilis dilində sərbəst danışıq və yazı bacarığı;
- MS Office proqramlarında yüksək səviyyədə biliklər.
- Güclü ünsiyyət və liderlik bacarıqları.
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti.
Öhdəliklər:
- Şirkətin illik və aylıq satış planlarını hazırlamaq və təsdiq üçün rəhbərliyə təqdim etmək.
- Bazara uyğun qiymət strategiyasının müəyyən olunmasında iştirak etmək.
- Satış hədəflərinə çatmaq üçün effektiv satış və marketinq kampaniyaları planlaşdırmaq.
- Komandanın gündəlik fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü aparmaq.
- İşçilərin motivasiyasını təmin etmək və performans qiymətləndirməsini aparmaq.
- Müxtəlif satış kanallarını (topdansatış, pərakəndə, onlayn satış) effektiv şəkildə idarə etmək.
- Distribusiya şəbəkəsinin genişləndirilməsi üçün yeni tərəfdaşlarla əməkdaşlıq qurmaq.
- Satış göstəricilərini mütəmadi olaraq izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək.
- Satışdan gələn dövriyyəni, marjanı və xərcləri izləmək.
- İdarəetmə üçün statistik və analitik məlumat bazasını formalaşdırmaq.
- Satış bölgələrinin (territorial planların) optimallaşdırılması.
- Satış prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması.
- Mövsümi kampaniyalar və endirim siyasətinin tətbiqinə rəhbərlik etmək
- Satış komandası üçün mütəmadi təlimlər təşkil etmək
- Yeni işçilərin adaptasiya prosesinə nəzarət etmək.
- Satış texnikaları, məhsul biliyi və müştəri xidmətləri üzrə komandanı inkişaf etdirmək.
Müraciət qaydası:
Maraqlanan namizədlər cv-lərini [email protected] ünvanına göndərərək və ya Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq müracət edə bilərlər.
Əlaqə: +994504670128