Satış təmsilçisi

  • Истекает 5 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Ceylan” MMC “Satış təmsilçisi” vakansiyası elan edir.

Vəzifə və öhdəlikləri:

  • Təyin edilmiş gündəlik marşrut üzrə satış nöqtələrini ziyarət etmək.
  • Mağaza qalıqlarını analiz edərək ehtiyac olan məhsullar üçün sifarişlər toplamaq və sistemə daxil etmək.
  • Şirkətin satış hədəflərini (aylıq, rüblük) yerinə yetirmək.
  • Məhsulun Geri Qaytarılması: Mağazalarda aşkar olunan xarab, zədələnmiş və ya istifadə müddəti bitmiş məhsulların 1 təqvim ayı ərzində anbara geri qaytarılmasını təmin etmək.
  • Geri qaytarılan (xarab, yararsız və ya istifadə müddəti bitmiş) məhsullar üçün müvafiq iadə qaiməsinin aşkar olunduğu andan etibarən dərhal kəsilməsini, sənədlərin tam qaydasında olmasını və prosesin ləngimədən icrasını təmin etmək.
  • Nəzarət: Mağazalarda vaxtı bitməyə yaxın olan məhsulları öncədən müəyyən edib satışını sürətləndirmək.
  • Xidmət ərazisində olan yeni potensial satış nöqtələrini aşkar etmək və şirkətə cəlb etmək. 
  • Müştəri bazasının genişləndirilməsi üçün daimi araşdırmalar aparmaq. 
  • Məhsulların rəfdəki yerini və düzülüşünü təmin etmək.
  • Şirkətin kampaniyaları, endirimləri və yeni məhsulları barədə mağaza sahiblərinə ətraflı məlumat vermək.
  • Satış nöqtələrində yaranmış istənilən neqativ hallar (müştəri şikayətləri, rəqiblərin aqressiv kampaniyaları, məhsulun satışına mane olan amillər və s.) və fors-major vəziyyətlər haqqında birbaşa rəhbərini dərhal və operativ şəkildə məlumatlandırmaq.

İş qrafiki və Əmək haqqı:

  • İş saatı: 09:00 - 18:00;
  • Əmək haqqı 700 AZN (fix) + 900 AZN (bonus).

Tələblər:

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • 20 - 30 yaş arası;
  • Səliqəli xarici görünüş;
  • Səlis nitq bacarığı;
  • Fikirlərini aydın ifadəetmə bacarığı;
  • Ünsiyyətcil;
  • İnandırma qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı;
  • Satış bacarığı;
  • Məsuliyyətli;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily4
  • Weekly412
  • Monthly545