“Ceylan” MMC “Satış təmsilçisi” vakansiyası elan edir.
Vəzifə və öhdəlikləri:
- Təyin edilmiş gündəlik marşrut üzrə satış nöqtələrini ziyarət etmək.
- Mağaza qalıqlarını analiz edərək ehtiyac olan məhsullar üçün sifarişlər toplamaq və sistemə daxil etmək.
- Şirkətin satış hədəflərini (aylıq, rüblük) yerinə yetirmək.
- Məhsulun Geri Qaytarılması: Mağazalarda aşkar olunan xarab, zədələnmiş və ya istifadə müddəti bitmiş məhsulların 1 təqvim ayı ərzində anbara geri qaytarılmasını təmin etmək.
- Geri qaytarılan (xarab, yararsız və ya istifadə müddəti bitmiş) məhsullar üçün müvafiq iadə qaiməsinin aşkar olunduğu andan etibarən dərhal kəsilməsini, sənədlərin tam qaydasında olmasını və prosesin ləngimədən icrasını təmin etmək.
- Nəzarət: Mağazalarda vaxtı bitməyə yaxın olan məhsulları öncədən müəyyən edib satışını sürətləndirmək.
- Xidmət ərazisində olan yeni potensial satış nöqtələrini aşkar etmək və şirkətə cəlb etmək.
- Müştəri bazasının genişləndirilməsi üçün daimi araşdırmalar aparmaq.
- Məhsulların rəfdəki yerini və düzülüşünü təmin etmək.
- Şirkətin kampaniyaları, endirimləri və yeni məhsulları barədə mağaza sahiblərinə ətraflı məlumat vermək.
- Satış nöqtələrində yaranmış istənilən neqativ hallar (müştəri şikayətləri, rəqiblərin aqressiv kampaniyaları, məhsulun satışına mane olan amillər və s.) və fors-major vəziyyətlər haqqında birbaşa rəhbərini dərhal və operativ şəkildə məlumatlandırmaq.
İş qrafiki və Əmək haqqı:
- İş saatı: 09:00 - 18:00;
- Əmək haqqı 700 AZN (fix) + 900 AZN (bonus).
Tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- 20 - 30 yaş arası;
- Səliqəli xarici görünüş;
- Səlis nitq bacarığı;
- Fikirlərini aydın ifadəetmə bacarığı;
- Ünsiyyətcil;
- İnandırma qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı;
- Satış bacarığı;
- Məsuliyyətli;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.