Ünvan: Qəbələ şəhəri
Əsas öhdəliklər
- İnsan resursları şöbəsinin daxili əməliyyatlarına dair təlimatının hazırlanması və yenilənməsinə yardım və nəzarət etmək.
- Şöbədaxili təlimat və görüşlərin səmərəli şəkildə keçirilməsini təmin etməklə, müntəzəm hesabat görüşləri keçirmək.
- Kommunikasiya üzrə qeydiyyat jurnallarını oxumaq və yeniləmək.
- Yeni texnologiyalar və avadanlıqların tədqiq edilməsi və müvafiq sayılan yerlərdə tətbiq olunmasını təmin etmək.
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə, Nizamnamə, Təlimatlara və Cəmiyyətin Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
- İşçilərin məlumatlar bazasının doldurulması.
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi.
- Həftəlik və aylıq hesabatların hazırlanması.
- Ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət.
- Vakansiyaya uyğun namizədlərin seçilməsi.
- Əmək müqavilələrinin və xidmətlər göstərilməsi haqqında mülki-hüquqi müqavilələrinin tərtib olunması, onlara müxtəlif əlavə razılaşmaların, bildiriş məktublarının hazırlanması.
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İnsan resursları şöbəsinin işçiləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq, onlara öz peşəkar karyera hədəflərinə nail olmaqda kömək etmək.
- Müvafiq təlimlər, maarifləndirmə və / ya hamilik yolu ilə İnsan resursları şöbəsinin işçilərinin bilik və bacarıqlarını inkişaf etdirmək.
- Bütün işçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərt və müddəalara, yerli qanunvericiliyə, eləcə də şirkətin / otelin siyasət və prosedurlarına müvafiq olaraq ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək.
- Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyat keçirilməsini təmin etmək.
- Təlim üzrə Menecerlə və Şöbədaxili Təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün səmərəli təlim proqramları planlaşdırmaq və həyata keçirmək.
Tələblər:
- Müvafiq sahədə 5+ il təcrübə
- Xaricidil bilikləri - İngilis və Rus dili
- Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklər,
- Elektron Hökumət Portalı ilə işləmək bacarıqları
- Ünsiyyət,davranış, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.
Faydalar:
- Qonaqlama
- Qidalanma (işçi yeməkxanasında)
- Servis xidməti
- Korporativ nömrə
- Könüllü Tibbi Sığorta
Maraqlanan namizədlər CVlərini elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin.