İnsan Resursları üzrə Menecer

  • Истекает 17 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

"Chenot Palace Gabala" oteli ixtisaslı və təcrübəli “İnsan Resursları üzrə Menecer” vəzifəsi üzrə işçi axtarışındadır.

Ünvan: Qəbələ

Əsas öhdəliklər

  • İnsan resursları şöbəsinin daxili əməliyyatlarına dair təlimatının hazırlanması və yenilənməsinə yardım və nəzarət etmək.
  • Şöbədaxili təlimat və görüşlərin səmərəli şəkildə keçirilməsini təmin etməklə, müntəzəm hesabat görüşləri keçirmək.
  • Kommunikasiya üzrə qeydiyyat jurnallarını oxumaq və yeniləmək. 
  • Yeni texnologiyalar və avadanlıqların tədqiq edilməsi və müvafiq sayılan yerlərdə tətbiq olunmasını təmin etmək.
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə, Nizamnamə, Təlimatlara və Cəmiyyətin Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
  • İşçilərin məlumatlar bazasının doldurulması.
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı.
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi.
  • Xəstəlik vərəqələrinin doldurulması.
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi.
  • Həftəlik və aylıq hesabatların hazırlanması.
  • Ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət.
  • Vakansiyaya uyğun namizədlərin seçilməsi.
  • Əmək müqavilələrinin və xidmətlər göstərilməsi haqqında mülki-hüquqi müqavilələrinin tərtib olunması, onlara müxtəlif əlavə razılaşmaların, bildiriş məktublarının hazırlanması.
  • Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
  • İnsan resursları şöbəsinin işçiləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq, onlara öz peşəkar karyera hədəflərinə nail olmaqda kömək etmək.
  • Müvafiq təlimlər, maarifləndirmə və / ya hamilik yolu ilə İnsan resursları şöbəsinin işçilərinin bilik və bacarıqlarını inkişaf etdirmək.
  • Bütün işçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərt və müddəalara, yerli qanunvericiliyə, eləcə də şirkətin / otelin siyasət və prosedurlarına müvafiq olaraq ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək.
  • Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyat keçirilməsini təmin etmək.
  • Təlim üzrə Menecerlə və Şöbədaxili Təlimçilərlə birgə iş aparmaqla əməkdaşlar üçün səmərəli təlim proqramları planlaşdırmaq və həyata keçirmək. 

Tələblər:

  • Müvafiq sahədə 5+ il təcrübə
  • Xaricidil bilikləri - İngilis və Rus dili
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklər, 
  • Elektron Hökumət Portalı ilə işləmək bacarıqları
  • Ünsiyyət,davranış, komandada işləmək, idarəetmə və stressə davamlılıq bacarıqları.

Faydalar:

  • Qonaqlama
  • Qidalanma (işçi yeməkxanasında)
  • Servis xidməti.
  • Korporativ nömrə

Maraqlanan namizədlər CVlərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını (Məsələn, “İnsan Resursları üzrə menecer – Chenot Palace) qeyd edin. 

  • Daily0
  • Weekly311
  • Monthly1489