Rezervasiyalar üzrə nümayəndə

  • Deadline 26 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şöbə: Qəbul və qeydiyyat

Ünvan: Qəbələ

Vəzifə öhdəlikləri:

  • Telefon və e-poçt sorğularını operativ və peşəkar bir şəkildə  cavablandırmaq və şirkət standartlarına uyğun olaraq təmin etmək;
  • Müxtəlif qiymətlər haqqında dəqiq məlumata malik olmaq və bu qiymətləri düzgün tətbiq etmək;
  • CRS sistemi vasitəsilə rezervasiyalarda dəyişikliklər etmək, rezervasiyaları ləğv etmək, təsdiq məktublarını e-poçt vasitəsi ilə göndərmək;
  • Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
  • Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında qonaqlara düzgün informasiya verə bilmək;
  • Gəliri maksimuma çatdırmaq üçün qonaqlarla əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək;
  • Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək və gələcək işini təmin etmək üçün mürəkkəb problemləri həll etmək;
  • Mehmanxanada və mehmanxananın olduğu ərazidə təşkil edilən tədbirlər barədə məlumata malik olmaq.    

Namizədə tələblər:

  • Bakalavr dərəcəsi, (qonaqpərvərlik sahəsində ixtisas dərəcəsi olan namizədə üstünlük veriləcəkdir);
  • Azərbaycan, İngilis və Rus dilində səlis danışmaq və yazma bacarığı olmalıdır;
  • Daha əvvəl eyni sahədə və Ön büro təcrübəsi arzu olunandır;
  • Bir neçə tapşırığı eyni zamanda təhlil etmək və idarə etmək bacarığı;
  • Ofis proqramlarında işləmək bacarığı və Opera PMS-də təcrübənin olması;
  • Ofis avadanlığı, eləcə də Microsoft Outlook kimi əməliyyat sistemlərindən istifadə haqqında ətraflı məlumata malik olmaq; Opera PMS sistemini bilmək arzu olunandır;,
  • Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmə bacarığı.
  • Komandada işləmə bacarığı;

İşçinin təminatları:

  • Qonaqlama (digər bölgələrdən olduğu halda)
  • Qidalanma (işçi yeməkxanasında)
  • Servis xidməti.
  • Korporativ nömrə

Maraqlanan namizədlər CV’lərini qeyd edilmiş e-mail ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd etmələri xahiş olunur.

  • Daily57
  • Weekly517
  • Monthly2134