Əsas öhdəliklər:
- Masaların xidmət üçün hazırlanması, operativ və nəzakətli xidmətin təmin edilməsi;
- Qonaqlara menyuları təqdim etmək və menyu elementləri ilə bağlı aydın təsvirlər və izahlar vermək, sualları cavablandırmaq və ya tövsiyələr vermək;
- Seçim qabağı dəqiq qeydlərin aparılması, operativ şəkildə və nəzakətlə qonaqların sifariş etdiyi qida və içkilərin təqdim olunması;
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;
- Qida və içki menyularını dəqiq bilmək, qonaqlara seçim zamanı əhatəli məlumat vermək;
- Mətbəxə və bara sifarişlərlə bağlı aydın məlumat vermək, sifarişlərin qeydiyyatını restoran qaydalarına uyğun olaraq həyata keçirmək;
- Masaların təmizliyinə nəzarət etmək;
- Zalda masaların düzülüşü, təmizliyi və menyuların yerləşdirilməsi;
- Xidmət sahələri və ətraf ərazilərin təmiz və səliqəli olması üçün davamlı yoxlanışlar etmək;
- Servis alətlərinin və ləvazimatlarının tam və hazır olmasını yoxlamaq, əksikliklərin aradan qaldırılması;
- Qonaqların şikayətlərini və rəylərini nəzərə alaraq keyfiyyətin artırılması üçün tədbirlər görmək;
- Xidmət standartlarına (servis qaydaları, davranış mədəniyyəti, təqdimat tərzi və s.) əməl etmək;
- Şəxsi gigiyena qaydalarına, geyim formasına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
- Restoranın ümumi səliqə-sahmanına nəzarət etmək;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 1-2 il iş təcrübəsi;
- Əla ünsiyyət qurma bacarığı;
- Dinləmə mədəniyyəti, etik davranış qaydalarına sahib olmaq;
- Gülərüz olmaq, komandada işləmək bacarığı;
- Rus və ingilis dili biliklərinin olçması;
CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. E-mail göndərilərkən mövzu hissəsində “Waiter”qeyd olunmalıdır.
Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır.
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.